Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • Pulumuzu harada saxlayaq və necə artıraq? I Səhərin Dalğası #9
    "Səhərin Dalğası" verilişində qonağımız olan investisiya və maliyyə üzrə ekspert Nisə Əsgərli ilə pul qazanmağın yollarından, maliyyə savadlılığının artırılmasından, təhlükəsiz yatırım mənbələrindən, ailədə büdcə idarəetməsindən, ən çox edilən maliyyə səhvlərindən, həmçinin pulumuzu artırmağın və saxlamağın yollarından danışdıq.
    35 min
  • "Mən özümü "Cahan xala" obrazında çox rahat hiss edirəm"
    "Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikası Əməkdar artisti, müğənni Firuzə İbadova, "Şəfəq" teatrının rejissoru Paşa Ağayev, və “Arşın mal alan” tamaşasının bədii rəhbəri Şəfiqə Vəliyeva ilə Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı keçiriləcək tədbirlərdən, teatr mədəniyyətindən, "Arşın mal alan" operasından, "Şəfəq" teatrının quruluşundan və tamaşa saylarından, həmçinin "Cahan xala" və "Soltan bəy" obrazlarından bəhs etdik.
    34 min
  • "Ekran vaxtı və rəqəmsal balans" I Valideyn saatı #2
    "Valideyn saatı" verilişində "Ekran vaxtı və rəqəmsal balans" mövzusunun müzakirəsi zamanı valideynlərin bu prosesə necə nəzarət etməli olduqlarından, rəqəmsal platformaların müsbət və mənfi tərəflərindən, "ekransız saat"ın necə düzgün formalaşdırılmasından və digər maraqlı məqamlardan bəhs etdik.
    39 min
  • "Mən "Koroğlu" operasında xanəndə qız obrazını canlandıracağam"
    "Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva ilə  "Koroğlu" operasından, Vahid Əziz ilə duet ifalardan, vokal ifaçılara edilən tövsiyələrdən, Üzeyir Hacıbəyli musiqisindən və sənətkar olmaq üçün bilməli olduğumuz məqamlardan bəhs etdik.
    26 min
  • Uşaqlara nəyi öyrətmək vacibdir? I Səhərin Dalğası #7
    "Səhərin Dalğası" verilişində qonağımız olan “Bağçam.az”ın təsisçisi Samirə Dünyamalıyeva ilə uşaqların tərbiyə prosesində ata və ananın rolundan, uşaqlara həmyaşıdları tərəfindən tətbiq edilən təzyiqlərdən, valideynlə uşaqları arasında ünsiyyət bağlarından və uşaqların tərbiyəsi prosesində valideynlərin etməli olduqları məqamlardan danışdıq.
    38 min
  • "Ailədə ata və ananın rolu" I Valideyn saatı #1
    "Valideyn saatı" verilişinin ilk buraxılışında "Ailədə ata və ananın rolu" mövzusunun müzakirəsi zamanı uşağın formalaşmasından, bu prosesdə valideynlərin balanslı rolundan, uşaqlarda daxili hörmətin yaradılmasından və digər maraqlı məqamlardan bəhs etdik.
    38 min
  • "Habil müəllimin ifa etdiyi bütün muğamlar bir çox kamança ifaçıları üçün böyük bir məktəbdir"
    "Sənətin səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Elnur Əhmədov ilə Azərbaycan Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevin zəngin yaradıcılığından, onunla başlayan yaradıcılıq yolundan bəhs etdik. Onun kaman sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.
    34 min
  • Sosial şəbəkələrdəki dezinformasiyalara qarşı necə mübarizə aparaq? I Səhərin Dalğası #6
    "Səhərin Dalğası" verilişində qonağımız olan jurnalist, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov ilə sosial şəbəkələrdəki dezinformasiyalardan, bu dezinformasiyalarla mübarizə üsullarından, "fake" xəbər başlıqlarından, media və informasiya "gigiyena"larından, informasiya tələlərinə düşməmək üçün diqqət etməli olduğumuz məqamlardan bəhs etdik.
    34 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et