Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • "Çəng aləti üzrə dərs vəsaitinin müəllifi”
    "Sənətin səsi" verilişinin buraxılışını Əməkdar artist, çəng ifaçısı Fazilə Rəhimova ilə Qədim Musiqi Alətləri ansamblındakı fəaliyyətinə, xarici ölkələrdə reallaşdırdığı uğurlu çıxışlarına, pedaqoji sahədəki təcrübəsinə və rəhbəri olduğu "Folk Music Band" ansamblı ilə təqdim etdiyi zəngin ifalarına həsr etdik.
    25 min
  • "Aygün Bəylərin 50 illik yubileyi"
    "Sənətin səsi" verilişinin bu buraxılışını mərhum sənətkar Aygün Bəylərin bacısı, müğənni Zümrüd Hümbətova ilə birlikdə Aygün Bəylərin zəngin yaradıcılıq yoluna, repertuarındakı seçilmiş mahnılara, gerçəkləşdirdiyi son konsertinə və tanınmış sənətkarların onunla bağlı bölüşdükləri xatirələrinə həsr etdik.
    39 min
  • "Səs Azərbaycan"" mənim üçün məktəb oldu"
    "Sənətin səsi" verilişində "Səs Azərbaycan"nın qalibi müğənni Cəmilə Həşimova ilə sənət yolundan, "Rast" qrupundakı fəaliyyətindən, "Səs Azərbaycan" yarışmasında əldə etdiyi qalibiyyətindən və sənət həyatında mühüm rol oynamış ustadlarından bəhs etdik.
    30 min
  • Fermerin bazara çıxışı niyə çətinləşir? I İnvestisiya gündəliyi #22
    “İnvestisiya gündəliyi” verilişində qonaq olan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə tərəvəz istehsalının miqdarı, fermerlərin bazara çıxış imkanlarında qarşılaşdığı çətinliklər, ixrac məhdudiyyətləri, kənd təsərrüfatında sabitliyin vacibliyi, məhsul istehsalında ənənəvi yanaşmaların üstünlük təşkil etməsi və bunun nəticəsində yaranan risklər, azot gübrələrinin tərəvəzlərin immunitetinə təsiri, stimullaşdırıcı amillər və yanacaq qiymətlərinin məhsul dəyərinə olan birbaşa təsiri ətrafında geniş söhbət apardıq.
    30 min
  • İstilik sisteminə olan borclar hansı hallarda silinə bilər? I İnvestisiya gündəliyi #21
    “İnvestisiya gündəliyi” verilişində qonaq olan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə istilik sistemi üzrə qiymətlərin hansı meyarlara əsasən hesablandığı, istilik mövsümünün başlanma tarixi, istifadə qaydaları, yaranacaq texniki nasazlıqlar zamanı hara müraciət edilməli olduğu, borcların silinməsi halları və ümumilikdə payız-qış mövsümünə hazırlığın cari vəziyyəti barədə ətraflı müzakirə apardıq.
    33 min
  • "Həyatımız ritmlər üzərində qurulub"
    "Sənətin səsi" verilişində nağara ifaçısı Cəfər Həsənov və tar ifaçısı İsmayıl Zülfüqarov ilə sənət yollarından, ritm duyumundan, ifalarından, xarici ölkələrdəki çıxışlarından bəhs etdik, həmçinin efir zamanı canlı ifalarını da dinlədik.
    34 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et