Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • Mülkiyyət hüququnu rəsmiləşdirmək üçün vətəndaşdan nə tələb olunur?I İnvestisiya gündəliyi #20
    “İnvestisiya gündəliyi” verilişində qonaq olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin departament direktorunun müavini Ümid Həsənovla sənədsiz evlərlə bağlı verilmiş yeni fərman, mülkiyyət hüququ üçün lazım olan sənədlər, dövlət rüsumu, xidmət haqqı, müraciət ediləcək qurumlar və vətəndaşların üzləşdiyi əsas problemlər barədə söhbət apardıq.
    28 min
  • "O, muğamın böyük sütunu idi"
    "Sənətin səsi" verilişində Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və xanəndə Nasir Ətapur ilə Xalq artisti, muğam ustadı Arif Babayevin zəngin yaradıcılığına nəzər saldıq. Onun muğam sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.
    23 min
  • "Teatr yalanın ifşa olunduğu yerdir"
    "Sənətin səsi" verilişində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti, aktyor Cahangir Novruzov ilə teatr sənətindən, Türkiyədəki fəaliyyətindən, Şəki Dövlət Dram Teatrında "Qu quşunun nəğməsi" əsərini səhnələşdirməsindən bəhs etdik.
    49 min
  • Müəssisə iqtisadiyyatı nədir? I İnvestisiya gündəliyi #17
    "İnvestisiya gündəliyi" verilişində qonaq olan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov ilə birlikdə müəssisə iqtisadiyyatından, xarici investisiya sistemlərinin mahiyyəti və bu sistemlərin Azərbaycana necə və hansı yollarla cəlb oluna biləcəyindən danışdıq.
    28 min
  • "Biz bu sənət üçün çalışırıq"
    "Sənətin səsi" verilişində "Qaya" Dövlət Ansamblının solistləri Günay Əhmədova və Boris Bayramov ilə ansamblın fəaliyyətindən, ifalarından, xarici ölkələrdəki çıxışlarından və xatirələrindən bəhs etdik.
    27 min
  • "Qarşıdakı 5 ildə bu xətlərin yenidən qurulması gözlənilir" I İnvestisiya gündəliyi #16
    "İnvestisiya gündəliyi" verilişində qonaq olan "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev ilə birlikdə dəmir yolu nəqliyyatında baş verən yeniliklərdən, istifadəyə verilən qatarlardan, sərnişinlər üçün yaradılan rahatlıqlardan və yeni istiqamətlər üzrə planlaşdırılan marşrutlardan, gələcəkdə bölgələri birləşdirəcək layihələr və sərnişin məmnuniyyətini artırmaq üçün görülən işlərdən danışdıq.  
    34 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et