Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • "Ən ulu sevgi vətən sevgisidir"
    "Sənətin səsi" verilişində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva ilə yazdığı şeir kitablarından, poeziya yolundan, sözlərinə bəstələnmiş mahnılardan və bəstəkarlarla olan iş birliyindən bəhs etdik.
    36 min
  • "Milli Mətbuatın 150 illiyi"
    "Sənətin səsi" verilişində aparıcı Vüsalə Səid və Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə mətbuatın cəmiyyətdəki rolu, jurnalistikanın bugünkü durumu, medianın ictimai rəy formalaşdırmasına təsirindən, həmçinin jurnalistlərin üzləşdiyi çətinliklərə qədər bir çox mühüm məsələlərə toxunduq.
    43 min
  • Klasterləşmə niyə vacibdir? I İnvestisiya gündəliyi #8
    "İnvestisiya gündəliyi"ndə qonaq olan iqtisadçı ekspert Ruslan Atakişiyev ilə birlikdə KOB (Kiçik və Orta Biznes) klasterləri anlayışını, sahibkarlara olan üstünlüklərini, əməkdaşlıq modelinin biznesə faydasını, tətbiqi və gələcək perspektivlərini müzakirə etdik.
    25 min
  • "Bitkionə 1 dollar qoysaydınız..." I İnvestisiya gündəliyi #7
    "İnvestisiya gündəliyi"ndə qonaq olan kriptovalyuta üzrə ekspert, UNEC Biznes məktəbinin müəllimi, "Crypto Consulting" şirkətinin direktoru Elnur Quliyev ilə rəqəmsal investisiyaları, onların mexanizmlərini, bazarın dəyişkənliyini və gələcək trendləri müzakirə etdik. Bitkoin, altkoinlər, blokçeyn texnologiyası və kripto sərmayənin riskləri barədə danışdıq.
    35 min
  • "Yaradıcı insan azad olmalıdır"
    "Sənətin səsi" verilişində tar ifaçısı Humay Qədimova ilə tar ifaçılığı sənətinin incəlikləri, bu yola necə qədəm qoymağı, sənətkar kimi formalaşmasında rol oynamış ustad müəllimləri və yaratdığı musiqi qrupu haqqında ətraflı söhbət etdik. O həmçinin Laçına səfəri zamanı keçirdiyi duyğuları bölüşdü və tarda məşhur “Qara dəniz” mahnısını canlı ifa etdi.
    41 min
  • "Bu, gəlirli sahədir" I İnvestisiya gündəliyi #6
    "İnvestisiya gündəliyi"ndə qonaq olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində vəkil Elcan Həsənli ilə birlikdə idman hüququ, müqavilələri, idman klublarına edilən investisiyalar və bu sahədəki boşluqlardan danışdıq, idmanın təkcə oyun və nəticədən ibarət olmadığı, arxa planda ciddi hüquqi və maliyyə mexanizmlərinin olduğu haqqında müzakirə etdik.
    32 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et