FEMSÖHBƏTLƏR

FEMSÖHBƏTLƏR

Download on the App Store

All FEMSÖHBƏTLƏR episodes

  • FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

    “Femmekan”ın növbəti epizodunda müstəqil tədqiqatçı Əfsanə Tahirova və iqtisadçı Fərid Mehralızadənin şərhləri ilə bərabər 2024-cü ildə qadın haqları mövzusunda hansı problemlər üzərində çalışmaq lazımdır - məhz bundan danışmışıq.

    Eyni zamanda 2024-cü il üçün qadınlar və qadın haqları müdafiəçilərinin tələbləri, gözləntiləri, istəkləri nədir, qadınların daha firəvan yaşayışı üçün qarşımızdakı ildə hansı məqsədlər var? - bu sualların cavablarını da axtarmağa çalışmışıq.


    21 min
  • FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

    “Femmekan”ın növbəti epizodunda iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışdıq. Epizod ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi" kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirləri yer alıb.

    Niyə iqlim dəyişikliyindən danışarkən bunun qadınlara olan təsirini xüsusi vurğulamaq ehtiyacı hiss etdik? Bu haqda daha ətraflı podkastımızı dinləyərək öyrənin.



    14 min
  • FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

    Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailəsi tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır.

    Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə bu qədər təsir edir? Haqlarını tələb edən feministlərə “aqressiv, kişi düşməni qadınlar” adlanması da elə bu miflərin təkmilləşmiş forması deyilmi? Podkastın davamını dinləyərək araşdırmaların və tədqiqatçıların bu mövzuda cavablarını öyrənəcəksiniz.

    10 min
  • FEMSÖHBƏTLƏR | Toksik maskulinlik və toksik feminenlik nədir

    Yeni Cənubi Uels Universitetinin elmi işçisi və dosent Maykl Solter (Michael Salter) “The Atlantic” jurnalı üçün yazır: “Son bir neçə il ərzində toksik maskulinlik kişilərin törətdiyi zorakılıqları izah etmək üçün cəlbedici bir terminə çevrilib”.

    Yəqin ki, “TikTok” trendlərindən tutmuş, xarici şoulara, “Instagram” alqoritminin dərinliklərindən bizə ötürülən “toksik maskulinlik” sözü ilə qarşılaşmısınız. Bu terminin təhlili və açıqlaması dünyanın inkişaf etmiş ölkələrində daha əlçatımlı olsa da, ölkəmizdə toksik maskulinlik sözünü daha da açmağa, səbəblərini və nəticələrini göstərməyə hələ də ciddi ehtiyac var.

    Femsöhbətlərin 14-cü epizodunda toksik maskulinlik və toksik feminenlik haqqında danışacağıq. Epizod ərzində bu iki terminin fərqli və oxşar cəhətlərini öyrənə biləcəksiniz.

    14 min
  • FEMSÖHBƏTLƏR | Təcavüz hallarının azalmasında feminizmin rolu

    Uzun aradan sonra yenidən yeni epizodla qayıtdığımız “Femsöhbətlər”də bu dəfə təcavüz hallarının azalmasında feminizmin rolu haqqında danışacağıq. Burada ümumi statistikalardan, Azərbaycanda təcavüz hadisələrinin bu günkü gündəmindən, ən son yerli statistikadan və Azərbaycanda feminist aktivizmin təcavüz hadisələrinə qarşı mübarizəsindən söz açmışıq.

    15 min
  • FEMSÖHBƏTLƏR | Qadınlar nə qədər həmrəydir? Sisterhood nədir?

    “Sisterhood” hərfi tərcüməsi ilə “bacılıq”, başqa bir deyişlə isə “qadın həmrəyliyi” ikinci dalğa feminizminin əsas xüsusiyyətlərindən biridir. “Qadın həmrəyliyi” bir məfhum kimi, kollektiv birlik və məqsəd hissini təmin etməklə yanaşı, həm də feminist hərəkatı həmrəyliyini nümayiş etdirir.


    “Qadınlar yaradılış gərəyi ilə rəqabətcil, qeybətcil, qısqanc və paxıldırlar” – bu ifadəni o qədər eşitmişik ki! Seksist tanışlarımız, dünyanı kişi nəzərindən görən həmcinslərimiz, media, ictimai fiqurlar hər gün qadınları bir-birilərlərinə nifrət etməkdə günahlandırırlar. Bununla necə mübarizə aparaq?


    “Femmekan” podkastlarının 12-ci epizodunda “qadın qadının düşmənidir” mifini çürütməyə hazırlaşırıq. Bu gün sizinlə “sisterhood”, yəni qadın həmrəyliyindən danışacağıq.

    11 min
  • Femsöhbətlər | Kişilər feminist ola bilər? Pro-feminizm nədir?

    Feminizm təkcə qadın hekayələrini eşitmək deyil, həm də gender münasibətlərinin strukturunu dəyişdirmək və patriarxatın yanlış ənənələrini aradan qaldırmaq üçün hərəkət etməkdir. 

    Feminizm müəyyən mənada kişilərin azadlıq və haqlarına toxunur. Onları hiper, toksik maskulinizmdən və patriarxatın onların üzərinə yüklədiyi mənalardan uzaqlaşmağa səsləyir. Buna görə də kişilərin pro-feminist olması, qadınların mübarizəsinə dəstək verməsi xüsusi önəm daşıyır.

    11-ci podkast epizodumuzda pro-feminizm anlayışının mənasından, kişilərin qadınların sosial, siyasi, iqtisadi həyatında baş verənlərə yanaşmalarının önəmindən danışmışıq.

    🎧  Xoş dinləmələr! ✨

    12 min
  • Femsöhbətlər | Müasir feminizmin qarşılaşdığı əsas problemlər

    Feminizmin qarşısına qoyduğu məqsədlər, mübarizə apardığı nüanslar haqqında əvvəlki Femmekan podkastlarında uzun-uzun danışmışıq. Onların arasında feminizm haqqında yaranmış səhv fikirlərin təhlili də mövcuddur.

    10-cu podkast epizodumuzda isə müasir feminizmin qarşılaşdığı əsas problemlərin bir neçəsindən danışmışıq.

    10 min