
Sign up to save your podcasts
Or


FEMSÖHBƏTLƏR - Cinsi fərqlər və stereotiplər
Femmekanın növbəti podkastında hər birinizi xoş gördük. Bu dəfəki podkast mövzumuz gender stereotipləridir. Sadə mövzulardan biri olan bu mövzunu seçməyimizin əsas səbəbi anlaşılmayan məsələləri işıqlandırmaqdır.
Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olmağı, sizcə, sizə imkan verirmi ki onun yaxşı yemək bişirdiyini düşünəsiniz? Və ya gördüyünüz hər hansı bir kişi haqqında “yüz faiz təmir işlərini bilir” deyə bilərsiniz? Məncə bu həmişə mümkün deyil. Kiminsə cinsini bilmək, hə, bəlkə də, onun bioloji varlıq kimi mövcudluğunu bizə başa sala bilər, amma bu, onların maraqları barədə dərin informasiya vermir.
Cinsiyyət akademik bacarıqların, maraqların və ya hətta emosional xüsusiyyətlərin proqnozlaşdırıcısı deyil.
FEMSÖHBƏTLƏR - Azərbaycanda Film Festivallarının Qadın Siması
Bakıdan kənarda - regionlarda yaşayan gənclərin film izləmə və təhlil etmə bacarıqlarının inkişafına fokuslanan bu film festivalını digərlərindən fərqləndirən nədir? “Kənardakılar” layihəsi qadınları necə öz ətrafında toplaşdırır? “Mən Bahara Layiqəm” şüarı özündə nəyi ehtiva edir? Bütün bunlar haqqında “Femmekan”ın 9-cu epizodunda öyrənə biləcəksiniz.
FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur?
“Femmekan”ın 8-ci epizodunda nağıllarımızda, ədəbiyyat nümunələrimizdə və dərsliklərimizdə əks olunan gender stereotiplərindən danışmışıq. Epizodumuz tərkibində Aygün Dadaşovanın 5-9-cu sinif ədəbiyyat dərsliklərini təhlil etdiyi magistr tezisi haqqında məlumat alacaqsınız. Eyni zamanda “Audio Nağıllar” layihəsində nağıllar səsləndirərək valideyn və uşaqların sevimlisinə çevrilən Şəbnəm Həsənəlizadə, həm də “Evaparkinson” ləqəbi ilə bukbloqundan minlərlə insana səslənən Çinarə Əhmədovanın fikirlərini dinləyəcəksiniz.
Nağıllarımızda hansı gender stereotipləri ilə rastlaşmaq olar? Ədəbiyyat dərsliklərində gördüyümüz qadın obrazları hansı xüsusiyyətləri ilə eyniləşirlər? Bu sualların cavabını podkastımızda tapacaqsınız.
FEMSÖHBƏTLƏR | Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları
Femmekanın yeni podkastında kənd mühitində böyüyüb təhsil alma şansını əldə edən Sehran Qurbanzadə və feminist aktivist Vəfa Rüstəm rayonlarda məktəblərin şəraitindən, kənd camaatının feministlərə qarşı qərəzli yanaşmasından danışıblar.
FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist fanzinlərə maraq | Femiskop
Bu dəfə Femmekan feminizmi cəmiyyətə başa salmağa çalışan alternativlərə işıq tutub. Bu alternativ üsullardan biri fanzinlərdir. “Femiskop” feminist platformasının hazırladığı fanzinlər isə öz unikallıqları ilə seçilirlər.
6-cı podkastımızda “Femiskop” üzvlərindən soruşduq, fanzin nədir, feminist fanzin kimə xitab edir, Azərbaycanda fanzinlərin inkişafı üçün nələr lazımdır?
Femsöhbətlər - Qadınların texnologiyada yeri varmı?
Qadınların texnologiyada yeri var, bu, aydındır, bəs bu yer nədən ibarətdir? Bu gün texnologiya sahəsində qadınlar çətinliklərlə üzləşirlərmi? Üzləşirlərsə, bu çətinliklər nələrdir?
Və ən əsası, gələcəkdə bu sahə üzrə işləyən qadınların sayının artması üçün nələr etmək lazımdır?
Femmekan podkastlarının 5-ci epizodunda siz bu suallara müəyyən mənada cavab tapacaqsınız.
Müsahiblərimiz “Femtech” platformasının təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə, “GamePons” şirkətinin biznesin inkişafı üzrə meneceri Fidan Rüstəmli, “Synapline” şirkətinin pilotsuz uçuş aparatları üzrə hardware inteqrasiya və test mühəndisi Zəhra İmanova və “Bank Respublika”nın mobil tətbiqlər üzrə proqram təminatçısı Aytac Dadaşovadır.
Dinləyin və zövq alın.
Femsöhbətlər 2-ci podkast
Azərbaycanda günbəgün artan yürüşlər və etiraz aksiyaları sosial əhəmiyyətə sahib olduğu kimi, dünyəvi bir məna da ifadə edir.
8 Mart günü keçirilən yürüşdə nələr baş verdi və baş verməməsi üçün nə etmək olar? Qadın qətlləri niyə siyasidir? Azərbaycanda keçirilən etiraz aksiyaların gələcəyi necə olacaq? Və bu kimi sualların cavabı üçün gender aktivisti Sevgi İsmayılbəyli ilə həmsöhbət olduq.
Sevgi İsmayılbəyli söhbət əsnasında lazımi orqanların femisidlərə göz yummağından, bugünkü gün ölkəmizdə baş verən yürüşlərin çatışmazlıqlarından, bir aktivist kimi öz təcrübələrindən danışdı.