
Sign up to save your podcasts
Or


Maliyyə böhranlarının hansı növləri var? Böhranları proqnozlaşdırmaq mümkündürmü? Böhranlardan yayınmaq olarmı? Qonağımız, iqtisadçı Əhliman Abbasov öz təqdimatında bu suallara cavab verib.
Azerbaijani Socks-un yaradıcısı Tereza Hamlin amerikalıdır və 17 ildir ki, Azərbaycanda yaşayır. O, bu sosial biznesi qurmaqla həm regionlardakı qadınların corab toxuyaraq əlavə gəlir qazanmalarına, həm də bu sənətin itməməyinə çalışır.
Gülnara Mehdiyeva deyir ki, icmalar təşkilatlandıqda onların çətinliklərin qarşısında dik duran bir obraz yaranır və bu da özünə hörmət hissini artırır. Qadınların təşkilatlanması niyə vacibdir? Feminist fəal ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Ceyhun Atayevin Azərbaycanda innovasiyalarla bağlı izləyicilərimizə vermək istədiyi bəzi suallar var.
Azərbaycanda təhsil sahəsində hansı islahatlar aparılır və bu islahatların mövcud durumu nədir? Qonağımız Təhsil İnstitutunun direktoru Rüfət Əzizovdur.
Robotlaşma insan əməyinə necə təsir edəcək? Hansı peşə və ixtisaslar üçün gələcəkdə robotlaşma gözlənilir? Avtomatlaşdırma mühəndisi Nəzrin Əliyeva izah edir.
Növbəti videomuzda memar Urfan Məmmədov memarlıq və mülkiyyət mövzusunda təqdimat edir.
“You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova deyir ki, uşaqlar anlamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər heç də önəmli deyil. Bunu başa düşdükləri zaman tədris prosesi onlar üçün daha əyləncəli olacaq.
Regionlarda təhsillə bağlı qarşılaşılan ən böyük problemlərdən biri qızların müxtəlif səbəblərlə təhsildən yayındırılmasıdır. "Kitabgəzər" layihəsinin təsisçisi Fatma Qurbanova bu problemin həllinə kömək etmək məqsədilə Məktəbli Qızların Təhsilinə Dəstək Proqramını yaradıb.
Dizayner Röyal Paşayevla Azərbaycanda dizayn sahəsinin mövcud vəziyyəti, onun təkmilləşdirilməsi yolları haqda söhbət etdik.
From the publisher's feed