
Sign up to save your podcasts
Or


Elnarə Məmmədova deyir ki, əlilliyi olan şəxslərin qarşılaşdığı çətinliklər onların əlilliklərindən yox, cəmiyyətin yaratdığı bariyerlərlərdən irəli gəlir. Bu dəfəki videomuzda inklüziv yanaşmanın tarixi haqqında danışmışıq.
Qonağımız, dizayner Rəsul Həsən deyir ki, Azərbaycanın əsas qrafik dizayn bünövrəsi məhz Molla Nəsrəddindir. Molla Nəsrəddinlə bərabər daha oturuşmuş, rəngli qrafika və illüstratorlar araya girdi və bundan sonra Azərbaycanın rəssamlıq məktəbi formalaşmağa başladı.
Sosial sahibkar, “Kekalove Adaptive”-in təsisçisi Məhəmməd Kekalov əlilliyi olan şəxslər üçün moda şousu keçirməyə hazırlaşır. Tədbir 3 dekabr tarixində baş tutacaq.
“Hökumət bələdçi qaydalar və korporativ standartlar müəyyən edə bilər. Bu həm qanunvericilik üzərindəki yükü azaldacaq, həm də biznesin inkişafı üçün daha ideal mühit yaradacaq.” Hüquqşünas Nail Axundzadə ilə Azərbaycanda korporativ hüquq haqqında danışmışıq.
“Əxlaqçılığı inkar etməyin özü bir əxlaqi mövqedir. Necə yaşamaq lazımdır sualını inkar etmiriksə, avtomatik hər hansı bir əxlaqi mövqedə durmuş oluruq.” Tədqiqatçı Tinay Muşdiyeva ilə əxlaq fəlsəfəsi haqqında söhbət etmişik.
Baby boomers, Generation X, Millennials, Generation Z, Generation Alpha. Bu nəsillərin hansı xarakterik xüsusiyyətləri var? Bu dəfəki videomuzda Marketoloq Vüqar Mehdiyev müxtəlif nəsillər üzrə istehlakçı davranışlarındakı fərqlər haqqında danışıb.
Uşaqlarla stressiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır? Turizmçi-bloger Həvva Səfərova izah edir.
“Ölkədə milyonlarla insan əlavə dəyər yaratmaq potensialındadır, amma ayrıseçkilik səbəbindən iqtisadi fəaliyyətə qoşula bilmir. Bu ayrıseçkiliyə ən çox məruz qalan sosial qruplardan biri də qadınlardır.” İqtisadçı Fərid Mehralızadənin təqdimatını buradan izləyə bilərsiniz.
“Həyəcan təbili çalınmalı olan məsələ gənc həkimlərin ölkəni tərk etməsidir. Savadlı həkim yetişdirmək çox çətindir və yetişmiş kadrların itirilməsi beyin axınıdır.” İctimai sağlamlıq və səhiyyənin təşkili üzrə mütəxəssis Tural Qulu səhiyyə sisteminin problemləri haqqında danışır.
Oyun oynamaq və oyuncaqlar uşaqların inkişafında böyük rol oynayır. Bəs uşaqlara oyuncaq seçərkən nələrə diqqət etmək lazımdır? Uşaq və ailə psixoloqu Ruhəngiz Əhmədova ilə uşağın inkişafında oyunun rolu haqqında söhbət etmişik.
From the publisher's feed