
Sign up to save your podcasts
Or


Cəmiyyətin müxtəlif qruplarına qarşı edilən ayrıseçkiliklərin iqtisadi nəticələri nələrdir? Qonağımız, iqtisadçı Zəhra Murad ilə bazar iqtisadiyyatı və ayrıseçkilik haqqında söhbət etmişik.
QueeRadar platformasının məqsədi Azərbaycan mətbuatındakı LGBTIQ+fobik kontentləri göstərmək, onların arxivini formalaşdırmaq və bu mövzuda mətbuatın inkişafına nail olmaqdır. Platformanın həmtəsisçisi Leyla Həsənova ilə kuirlər, aktivizm və mətbuat haqqında söhbət etmişik.
İnnovasiya nədir və onun üçün nə tələb olunur? Azərbaycanda innovasiyalarla bağlı vəziyyət nə yerdədir? Qonağımız, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova ilə bu mövzu haqqında söhbət etmişik.
Sosial sahibkarlıq nədir və onun ənənəvi bizneslərdən fərqi nədir? Azərbaycanda fəaliyyət göstərən sosial bizneslərin üzləşdikləri ən böyük çətinliklər nələrdir? Sosial sahibkar Sara Rəcəbli ilə sosial sahibkarlıq, biznes və məsuliyyət haqqında söhbət etmişik.
STEAM təhsil metodu nədir və nəyi hədəfləyir? Bu təhsil metodunun ənənəvi təhsildən üstünlüyü nədədir? "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərovla söhbətimizi izləyərək STEAM-lə yaxından tanış ola bilərsiniz.
“Günlük yaşamda münasibətlərdəki çətinliklərimiz, problemlərlə mübarizə apara bilməyimiz, özümüzü aktuallaşdırmağımız, bütün bunlar mental sağlamlıq dərəcəmiz artdıqca yaxşılaşır.” Psixoloq Cəmilə Rəhimli ilə mental sağlamlıq, davranışlarımız və hisslərimiz haqqında danışmışıq.
Kütləvi informasiya vasitələri və məlumatlandırma kanallarına nə üçün etimad edilmir? Etibar və inamı təsis etmək üçün jurnalistlər nə etməlidir? Növbəti videomuzda media eksperti Seymur Kazımov mediaya inamı necə bərpa etməli mövzusunda çıxış edib.
“Tələbənin dərs prosesində əziyyət çəkdiyi görünürsə, mütləq onu bildirmək lazımdır. Bu, insanla insan arasında gözəl bir siqnaldır ki, mən səni görürəm, mən başa düşürəm sən nələrdən keçirsən.” Günay Rəsulova ilə dərs metodu, resurslar və müəllimlərin təlimi haqqında danışmışıq.
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova deyir ki, təhsildə bərabər imkanlar yaratmaq üçün uşaqların müxtəlifliyi nəzərə alınmalı və buna uyğun alternativlər təklif olunmalıdır. İnklüziv kurikulumun məktəb və siniflərdə dizaynı haqqında videomuzu buradan izləyə bilərsiniz.
“Təəssüf ki, Azərbaycanda hələ də səhiyyə qurumları arasında maraqlar, ziddiyət çox güclüdür. Məsələn, Səhiyyə Nazirliyi hələ də səhiyyə siyasətini həyata keçirən əsas qurum olduğunu unudub sanki.” İqtisadçı Azər Mehtiyevlə səhiyyə islahatları və icbari tibbi sığorta haqqında danışmışıq.
From the publisher's feed