
Sign up to save your podcasts
Or


FemTech platformasının əsas məqsədi innovasiya və startap sahəsində qadınlara dəstək olaraq onların bu sahədə uğur qazanmalarına töhfə verməkdir. Platformanın təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə ilə Azərbaycanda startap ekosistemi və qadınlar haqqında danışmışıq.
Təhmasib Əlizadə deyir ki, Azərbaycanda universitetlərin əsas gəlir mənbəyi tələbələrdən əldə olunan ödənişlərdir. Bu məbləğ hər il artsa da, təhsilin keyfiyyətinə nə qədər təsir etməsi sual altındadır. Qonağımızla ali təhsil, əmək bazarı və beyin axını haqqında söhbət etmişik.
Tədqiqatçı Aynur Kazımova deyir ki, qadın qətllərinin Azərbaycan mediasında təqdimatı qətlin özü qədər problemlidir. Bəs bu xəbərləri hazırlayarkən nələrə diqqət etmək lazımdır? Müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Məktəblərdə cinsi tərbiyə fənninin tədris olunması nə üçün vacibdir? Nottinqem Universitetində təhsil rəhbərliyi və idarəetmə ixstisası üzrə təhsil almış mütəxəssis Zeynəb Rzayeva ilə İngilitərə nümunəsində münasibətlər və cinsi tərbiyə fənni haqqında söhbət etmişik.
Qlobal problemlərlə mübarizədə investorların hansı məsuliyyətləri var? İnvestisiyalar hansı yollarla bu problemlərin həllinə kömək edə bilər? İnvestisiya təhlilçisi Nigar Əzizova ilə söhbətimizi izləyə bilərsiniz.
“Müəllimin şəxsi inkişafını təmin etmək kifayət deyil, onu maddi olaraq da təmin etmək lazımdır. Əgər müəllim öz işindən əlavə başqa yerlərdə çalışırsa, zehni əməyin səviyyəsi aşağı düşəcək.” Fatma Qurbanova ilə region məktəbləri, şagirdlər və gənc müəllimlər haqqında danışmışıq.
Azərbaycanın ilk İnteraktiv Elm Muzeyində siz nələri görə bilərsiniz? Muzeyin qurucusu Elçin Abbasovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
“Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin yüksək səviyyədə hüquqi yardım almaq hüququ tanınır və vəkil bu hüququn realizəsini həyata keçirən şəxsdir.” Bu dəfəki videomuzda hüquqşünas Anar Məmişovla vəkillik peşəsi haqqında söhbət etmişik.
“Peşə təhsili kurikulumları özəl sektorla birlikdə hazırlanır. Özəl sektor bilir ki, hansı bilik və bacarıqlara ehtiyac var ki, tələbələr uğur qazana bilsin.” Nə üçün peşə təhsili? BMT-nin İnkişaf Proqramının layihə mütəxəssisi Zəhra Əmrahova ilə söhbət etmişik.
Bu yaxınlarda məktəblərə valideynlər tərəfindən ianələr edilməsi məsələsi gündəmdə idi. Bəs bu proses necə həyata keçirilməlidir? Təhsilin maliyyələşməsi kimin öhdəliyində olmalıdır? İqtisadçı Elçin Rəşidovla təhsilin maliyyələşməsi, hədəflər və qiymətləndirmə haqqında danışmışıq.
From the publisher's feed