
Sign up to save your podcasts
Or


Əmək hüquqları ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir? İşçilərin əsas problemləri nələrdir? Biz öz əmək hüquqlarımızı necə təmin edə bilərik? Qonağımız, Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə söhbətimizi izləyin.
Təqsirsizlik prezumpsiyası nədir və nə üçün əhəmiyyətlidir? Şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozularsa, onu bərpa etmək üçün nə etmək lazımdır? Vəkil Babək Həmidovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda siyasi partiyalar gənclərlə bağlı siyasətlərində nəyə əsas verməlidirlər? Onlar gənclərə nə vəd etməlidirlər ki, gənclər özlərinin siyasi partiyalarda təmsil olunduqlarını hiss etsinlər? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyə bilərsiniz.
Sosial şəbəkələr klassik medianı necə dəyişdirdi? Bu dəyişikliklər jurnalistlər üçün hansı çətinlikləri yaradır? Növbəti videomuzda yeni media üzrə mütəxəssis Əli Novruzovla bloqçuluq, auditoriya və alqoritm haqqında söhbət etmişik.
Biznes resurslarının planlaşdırılması sistemləri nədir və onun nə kimi faydaları var? Proqram təminatı üzrə mütəxəssis Ziya Qafarlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Dövlətin cəzalandırma hüququ varmı? Bu barədə hansı yanaşmalar və nəzəriyyələr var? Azərbaycandakı cəza sisteminin əsas məqsədi nədir? Reallıqda həmin məqsədə nail olunurmu? Hüquqşünas Səməd Rəhimli ilə dövlətin cəzalandırma hüququ haqqında söhbət etmişik.
Analıq məzuniyyəti haqqında biliklərimiz nə qədər doğrudur? Analıq məzuniyyəti hüququndan istifadə etmək üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal işləyən anaların məzuniyyət hüququ haqqında danışır.
Cinsi sağlamlıqla bağlı müxtəlif mənbələrdən öyrəndiyimiz məlumatlar nə qədər düzgündür? Bu barədə nələrə diqqət yetirməliyik? Cinsi terapevt Şəbnəm Sadıqovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.
Təhsildə və digər sahələrdə tez-tez istifadə olunan oyunlaşdırma nədir və ondan necə istifadə edə bilərik? Budəfəki videomuzda tədqiqatçı Ayaz Kərimovla oyunlaşdırma və öyrənmə analitikası haqqında danışmışıq.
Şəhəri şəhər edən elementlər hansılardır? Nə üçün bu gün digər şəhərlərdə və ya regionlarda yeni iş yerləri açılsa da, insanlar hələ də Bakıya gəlmək istəyirlər? ADA Universitetinin dosenti Anar Vəliyev ilə ağıllı şəhər, insan və müxtəliflik haqqında söhbət etmişik.
From the publisher's feed