
Sign up to save your podcasts
Or


İstehlakçı kimi hüquqlarımız nələrdir? İstehlakçı hüquqlarımız pozulduqda onu bərpa etmək üçün hansı addımları atmalıyıq? Hüquqşünas Rəşad Cahangirovla söhbətimizi izləyə bilərsiniz.
Sosial müdafiə mexanizmləri necə işləyir və nə üçün vacibdir? Bu mexanizmlərin maliyyələşməsi kimin öhdəliyində olmalıdır? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə söhbətimizi izləyə bilərsiniz.
Pandemiya ilə əlaqəli qapanma dövründə qadınlar hansı çətinliklərlə üzləşdilər? Bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılmalı idi? Gender mütəxəssisi Şəhla İsmayılla Azərbaycanda qadın hüquqları və COVID-19 pandemiyası haqqındakı mühazirəmizi izləyə bilərsiniz.
Uzun yazıların istehlak olunmadığı, qısa videolara daha çox üstünlük verildiyi bir dövrdə elektron jurnallar aktualdırmı? Azərbaycanda və digər ölkələrdə hansı elektron jurnallar var? “MUZA” elektron incəsənət jurnalının təsisçisi Pəri Abbaslı ilə elektron jurnallardan danışmışıq.
Qadınların ədalət mühakiməsinə çatımlılığı qarşısında dayanan sosial-mədəni və hüquqi əngəllər hansılardır? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəm ilə qadınların ədalət mühakiməsi zəncirində addımbaşı rastlaşdıqları əngəllərdən və onların aradan qaldırılması yollarından danışmışıq.
Jest dili eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyət dilidir. Bəs bu dil haqda bilməli olduqlarımız nələrdir? Jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva ilə söhbətimizi izləyə bilərsiniz.
Dominant elmi bilik təcrübələri nədir və niyə problemlidir? Qadınlar elmi araşdırmaların həm obyekti, həm də subyekti olaraq necə kənarda qalırlar? Çarlz Universiteti doktorantı Nisə Hacıyevanın feminist epistemologiya və elm fəlsəfəsi haqqındakı çıxışını izləyə bilərsiniz.
Teatrdan uşaqların tərbiyəsində və inkişafında necə istifadə edə bilərik? Növbəti videomuzda rejissor və sosial teatr təlimçisi Elnur Paşa Rzayevlə məktəbəqədər təhsildə teatrın rolu haqqında danışmışıq.
Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı? Bu şübhənin yaranması üçün hansı əsaslar ola bilər? Fəlsəfə doktoru Anar Cəfərovun mühazirəsini izləyərək bu suallara cavab tapa bilərsiniz.
2007-2015-ci illərdə Azərbaycan xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilmişdi. Həmin vaxt 3,500-ə yaxın azərbaycanlı tələbə nüfuzlu xarici ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi. O vaxtdan bəri Azərbaycanda gənclər və tələbələr arasında maraqla gözlənilən və müzakirə edilən əsas məsələlərdən biri yeni dövlət proqramının icrası idi. Nəhayət bu yaxınlarda 2022-2026-cı illəri əhatə edən yeni xaricdə təhsil dövlət proqramı təsdiqləndi və bu proqram nəticəsində hər il 400 azərbaycanlı tələbə xarici ölkələrdə dövlət hesabına təhsil almaq imkanı əldə edəcək. Məhz bu səbəbdən, yeni dövlət proqramı ilə bağlı suallarımızı Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənova ünvanladıq.
From the publisher's feed