
Sign up to save your podcasts
Or


Çarls Universitetinin doktorantı Ramil Zamanov deyir ki, feminizm təkcə qadınlar və LGBTQİ+larla bağlı deyil, feminizm ədalət və bərabərlik hissini təbliğ etməyə çalışır. Növbəti videomuzda qonağımızla maskulinlik araşdırmalarının əhəmiyyəti barəsində söhbət etmişik.
Təhsil strategiyası necə olmalıdır? Təhsildə islahatın istiqamətləri və onlar necə qiymətləndirilməlidir? İslahatlara nə mane olur? Dövlət maliyyəsi və təhsil iqtisadçısı Elçin Rəşid təhsil islahatları nə üçün işləmir mövzusu haqqında danışır.
“Şiddət bizim dilimizdə, zehnimizdə başlayır. Biz elə sözlər seçməliyik, elə kəlmələrlə özümüzü ifadə etməliyik ki, bu, qarşı tərəfi yaralamasın.” Təlimçi Lamiyə Əliyeva ilə şiddətsiz ünsiyyət metodu haqqında söhbət etmişik.
Regionlardakı gənclərlə işləyən zaman effektiv nəticələr əldə etmək üçün hansı addımlar atılmalıdır və hansı vasitələrdən istifadə olunmalıdır? Layihə meneceri Asiman Qocayevlə region gəncləri ilə iş və sosial teatr haqqında söhbət etmişik.
Gənc Hüquqşünaslar Şəbəkəsinin məqsədi gənc hüquqşünasların vahid platformasını yaratmaq, praktiki hüquqşünasların tələbələrə öyrətməsini təmin etmək, onların hüquqi, sosial və mədəni tədbirlərini təşkil etməkdir. Bu videomuzda şəbəkənin təsisçisi Kamil Manafovla söhbət etmişik.
İrrasional qərarlarımızın arxasında nə durur? Niyə əksər halda irrasional qərarlar qəbul edirik? Gündəlik həyatda verdiyimiz qərarlara öncədən təsir etmək mümkündürmü? Avrasiya Bilik Mərkəzinin direktoru, iqtisadçı İnqilab Əhmədovun davranış iqtisadiyyatı haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda LGBT-lər hansı hüquq pozuntuları ilə qarşılaşır və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Lund Universitetində beynəlxalq insan haqları hüququ üzrə təhsil alan hüquqşünas Jalə Bayramova ilə Azərbaycanda LGBT hüquqları haqqında söhbət etmişik.
Konspirasiya nəzəriyyələri və saxta xəbərlərlə necə mübarizə aparmaq olar? Növbəti videomuzda "Fakt Yoxla" araşdırmaçısı Əhəd Əhədli ilə yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri haqqında söhbət etmişik.
Şəhərlərdə strateji planlama nə üçün önəmlidir və biz bununla nələrə nail ola bilərik? Qonağımız, müstəqil araşdırmaçı Bayram Axundovla müasir şəhərsalmada strateji planlamanın əhəmiyyəti haqqında danışmışıq.
Şəbnəm Həsənəlizadə "Audio Nağıllar" YouTube kanalının təsisçisidir. Bu dəfəki videomuzda qonağımızla uşaqların inkişafında nağılların rolu barəsində söhbət etmişik.
From the publisher's feed