
Sign up to save your podcasts
Or


Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Nə üçün insanlarda institutlara, qurumlara və qeyri-hökumət təşkilatlarına qarşı inamsızlıq hökm sürür? Tədqiqatçı Nəcmin Kamilsoyla vətəndaş cəmiyyəti, sovet irsi və məcburi “könüllülük” haqqında danışmışıq.
Növbəti videomuzda yazar-tərcüməçi Cəmilə Məmmədli ilə əlilliyi olan şəxslərin qarşılaşdıqları problemlər, media qurumlarının əlilliyi olan şəxsləri yazıqlaşdırma cəhdləri və bərabər imkanlar haqqında söhbət etmişik.
Fandreyzinq nədir və onu necə uğurlu şəkildə həyata keçirmək olar? Növbəti videomuzda Toxum kraudfandinq platformasının həmtəsisçisi Toğrul İsmayılovla sosial təşəbbüslər üçün fandreyzinq alətləri haqqında danışmışıq.
Beynəlxalq hüquqşünas Nurlan Mustafayev deyir ki, konflikt və işğal nəticəsində Azərbaycana dəymiş ziyanı BMT 53.5 milyard dollar məbləğində qiymətləndirib. Bəs işğala görə təzminat alınmasının beynəlxalq hüquqi əsasları hansılardır? Videomuzu izləyərək öyrənə bilərsiniz.
İşçilərin ən çox qarşılaşdıqları əmək hüququ pozuntuları hansılardır? Bu hüquqların bərpası üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal ilə əmək hüquqları barəsində ətraflı söhbətimizi izləyə bilərsiniz.
Psixoloji zorakılıqla mübarizədə sosial media platformaları bizə necə kömək ola bilər? Psixoloji zorakılığa məruz qaldıqda kimə müraciət edə bilərik? “Açıq platforma”-nın həmtəsisçisi Qumru Əliyeva ilə psixoloji zorakılığa qarşı onlayn aktivizm haqqında danışmışıq.
From the publisher's feed