
Sign up to save your podcasts
Or


Azərbaycan su ehtiyatları baxımından yaxın gələcəkdə problem yaşayacaq ölkələr sırasındadır. Təcili tədbirlər görülməsə, su çatışmazlığı problemi yaxın illərdə daha da kəskinləşəcək. Növbəti videomuzda Rövşən Abbasov Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri haqqında danışır.
Vətəndaşların dövlət idarəetməsində iştirakı nə üçün vacibdir? Bu hüquqdan istifadə etmək üçün vətəndaşlar nə etməlidir? Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə ictimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü barəsində danışmışıq.
Polislə ünsiyyət zamanı bilməli olduğumuz məqamlar hansılardır? Hüquq-mühafizə orqanları tərəfindən dindirildikdə hansı hüquqlarımızdan istifadə edə bilərik? Vəkil Fariz Namazlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Taksi fəaliyyəti ilə bağlı sərnişinlər tez-tez bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlər nələrdir və onları necə həll etmək lazımdır? Vəkil Sənan Şirinovla taksi fəaliyyətinin hüquqi aspektləri haqqında söhbət etmişik.
Azərbaycanlı fotoreportyor Əziz Kərimovun Ukrayna müharibəsi dövründə çəkdiyi fotolar ətrafında çıxışını izləmək üçün videomuzu izləyə bilərsiniz.
Bina informasiya modelləşdirilməsi (BİM) nədir və ondan memarlıqda necə istifadə etmək mümkündür? Memar Aydan Ağabəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanda vətəndaşların layiqli pensiya ala bilməməsindən əlavə, digər ölkələrlə müqayisədə pensiya alma müddəti də aşağıdır.
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov: “Son 200 ildə Abşeron yarımadasında neft istehsalı zamanı heç bir ətraf mühit standartına əməl edilməyib.” Növbəti videomuzda ekosistem dəyərləri və itkilər haqqında söhbət etmişik.
From the publisher's feed