
Sign up to save your podcasts
Or


Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycanda qida və ərzaq qiymətləri 21% bahalaşıb. Niyə qiymətlər uzun müddətdir artır və bu artımların əhalinin sosial rifahına təsirini azaltmaq üçün nə etmək lazımdır? İqtisadçı Fərid Mehralızadənin təqdimatını izləyərək öyrənə bilərsiniz.
Mediada gördüyümüz fotolar və medianın dili düşüncə tərzimizə necə təsir edir? Növbəti videomuzda multimedia sənətçisi Gülər Abbasova ilə mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri barəsində söhbət etmişik.
Kuir sosial iş nədir? Ənənəvi sosial işlə kuir sosial işi fərqləndirən əsas məqamlar hansılardır? Sosial işçi Elnur Musayevlə kuir sosial iş haqqındakı müsahibəmizi izləyə bilərsiniz.
Avropa Məhkəməsinə müraciət etmək istəyirsinizsə, nələri bilməli və hansı məqamlara diqqət etməlisiniz? Hüquqşünas Səyyad Yusifli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda psixoterapiya sahəsində hansı problemlər var və bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Növbəti videomuzda psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla psixiatriyada dünya standartları haqqında söhbət etmişik.
Rep Azərbaycana necə gəldi və inkişaf etdi? "Outro: Repin Təhlili" kitabının müəllifi Səid Riadla söhbətimizi izləyə bilərsiniz.
Nifrət cinayəti nədir və onun qarşısını necə almaq mümkündür? Nifrət nitqi ilə nifrət cinayətləri arasında əlaqə varmı? Hansı tədbirlər görulməlidir?
Azərbaycanda müstəqil kino necə formalaşdı? Bu gün müstəqil kinematoqrafçılar hansı problemlərlə üzləşirlər? Prodüser, rejissor İntiqam Hacılı ilə söhbətimizi izləyə bilərsiniz.
Gentrifikasiya nədir və o hansı nəticələrə səbəb olur? Azərbaycanda gentrifikasiya nümunələrini harada görmək olar? Urbanist tədqiqatçı Ucal Qorçu ilə gentrifikasiya və şəhərlərdən danışmışıq.
Texnologiyanın inkişafı məşğulluqla bağlı hansı çağırışları ortaya çıxarır? Hökumətlər buna necə reaskiya verməlidir? Növbəti videomuzda hüquqşünas Sübhan Həsənli ilə texnologiyanın inkişafının əmək bazarına təsiri haqqında söhbət etmişik.
From the publisher's feed