
Sign up to save your podcasts
Or


Sentyabrın 7-si Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar siyasi partiyaların fəaliyyətinə necə təsir edəcək? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Gig-iqtisadiyyatında işçilər fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu isə onları son yüzillik dövrdə işçi hərəkatının mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərdən məhrum edir. Bununla mübarizə yolları varmı? İqtisadçı Toğrul Vəliyevin çıxışını dinləyə bilərsiniz.
“Bizim bu günkü şəhərsalma strategiyamız Sovet sisteminin Azərbaycan reallığına otuzdurulma cəhdidir. Ancaq reallıq tamam başqadır.” Memar Müslüm İmranlının çıxışında Azərbaycanda memarlıq siyasəti haqqındakı videomuzu izləyə bilərsiniz.
Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? Bununla uğurlu mübarizə aparmaq üçün hansı addımları atmaq lazımdır? Femisid Azərbaycan platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Niyə son illər beynəlxalq münasibətlərdə ciddi problemlər yaranır? Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrində bizi hansı reallıqlar gözləyir? İrandakı etirazlar siyasi dəyişikliyə səbəb ola bilərmi? Siyasi təhlilçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.
İşəgötürənlər hansı əsaslarla işçilərin əmək müqaviləsinə xitam verə bilər? Qanunsuz işdən çıxarılma ilə bağlı işçilər nə edə bilərlər? Hüquqşünas və əmək hüquqları üzrə mütəxəssis Araz İsmayılovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda şagirdlərin təxminən 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə ixtisassız işçiyə çevrilirlər. Belə bir vəziyyətdə dövlətin təhsil siyasəti necə olmalıdır? Tədiqatçı İlkin Hüseynlinin çıxışını izləyərək öyrənə bilərsiniz.
Siyasi iştirakçılığın hansı formaları var? Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılığa hansı faktorlar təsir edir? Növbəti videomuzda siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq haqqında danışmışıq.
“Uzun illər ərzində patoloji formalaşmış xəstə-həkim münasibətlərinin əsasında insanlarımız səhiyyə sisteminə, həkimlərə inanmır, individual həkimlərə inanır.” Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? Onkoloq-cərrah Vüqar Yaqublu danışır.
From the publisher's feed