
Sign up to save your podcasts
Or


Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.
İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.
Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.
Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
DanceAbility Azərbaycan əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyır. Nigar Sultanova ilə söhbətimizi izləyərək DanceAbility Azərbaycan haqqında ətraflı məlumat ala bilərsiniz.
Siyasi partiyaların fəaliyyəti üçün əlverişli mühit olmadıqda hansı problemlərlə üzləşə bilərik? Ölkədə ictimai savadlılığın artmasına vətəndaş cəmiyyəti necə təsir edə bilər? Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Oyun terapiyası uşaq psixoterapiyasında necə tətbiq olunur və uşaqlara necə təsir göstərir? Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli ilə uşaq psixoterapiyasında oyun terapiyasının rolu haqqında danışmışıq.
Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər? ADA universitetinin dosenti Anar Vəliyevin Azərbaycan şəhərlərinin gələcəyi haqqında təqdimatını izləyə bilərsiniz.
Azərbaycanda mütəmadi olaraq müxətlif yer adları dəyişdirilir. Buna ehtiyac nədir və yer adlarının dəyişdirilməsinə münasibət necə olmalıdır? Tarixçi Araz Bağırovla müsahibəmizi izləyə bilərsiniz.
Azərbaycan təhsil sistemi marketinq sahəsində kadr yetişdirmək üçün yararlıdırmı? Reklam bazarında hansı dəyişikliklərə ehtiyac var? Nağdsız dövriyyəni artırmaq üçün nə etmək lazımdır? Rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimovla bazar, reklam və rəqəmsallaşma haqqında söhbət etmişik.
From the publisher's feed