
Sign up to save your podcasts
Or


Azərbaycan musiqi təhsilində hansı problemlər var? Bu problemlər nədən qaynaqlanır və onları aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır? Musiqişünas Şəfaqət Məmmədova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Büdcədə ictimai iştirakçılıq nə üçün əhəmiyyətlidir və bunun hansı faydaları var? Yeni videomuzda iqtisadçı Samirə Qasımova ilə büdcədə ictimai iştirakçılığın təmin edilməsi haqqında danışmışıq.
Avropa Məhkəməsinin Azərbaycana qarşı olan məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət necədir? Hökumətlər öhdəliklərini yerinə yetirmirsə, Avropa Məhkəməsi buna necə nəzarət edir? Hüquqşünas Emin Aslanla Avropa Məhkəməsinin Azərbaycan hüquq sisteminə təsiri haqqında danışmışıq.
Süni intellekt memarlığa necə tətbiq oluna bilər və bunun hansı faydaları var? Memar Aydan Ağabəyli ilə memarlıqda süni intellekt barəsində danışmışıq.
Qida təhlükəsizliyi nə üçün əhəmiyyətlidir və bunu təmin etmək üçün hansı addımları atmaq lazımdır? Molekulyar bioloq Nərmin Axundova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Rəqəmsal bacarıqlar cəmiyyətin inkişafına necə təsir göstərir? Nə üçün müasir dövrümüzdə rəqəmsal bacarıqlara yiyələnmək önəmlidir? IKT Lab-ın direktoru Rauf Cabarovla söhbətimizi izləyə bilərsiniz.
Nəyə görə fərdi hüquqlar qədər icma hüquqları da vacibdir? Bolonya və Mərkəzi Avropa Universiteti məzunu, araşdırmaçı Mirkamran Hüseynli izah edir.
Bakıda tıxac problemi nə üçün kəskindir? İctimai nəqliyyat sərnişinlər üçün nə qədər əlverişlidir? Tədqiqatçı, Queensland universitetində informasiya sistemlərinin idarəedilməsi üzrə təhsil almış Orxan Zakirovla nəqliyyat, tıxaclar və şəhər sıxlığı haqqında söhbət etmişik.
Azərbaycana gələn turistlərin ölkə ilə bağlı hansı təəssüratları var? Turizmin inkişlaf etdirilməsinə haradan başlamaq lazımdır? Bələdçi Qanı Nəsirovla turistlərin Azərbaycan təcrübəsi barəsində danışmışıq.
From the publisher's feed