
Sign up to save your podcasts
Or


Ötən əsrin 30-cu illərinin italyan komediyası - Telefoni Bianchi misalında bu günkü kino və serial sənayesinə baxmaq mümkündürmü? Bloger, rejissor Elvin Cəbizadə bir siyasi alət kimi komediya barəsində danışır.
“Sülh uğrunda” təşəbbüs qrupunun təsisçisi Leyla Cahangirova məcburi köçkün qadınlar arasında sorğu keçirərək onların geri qayıdış və məskunlaşması ilə bağlı gözlənti, qorxu və ehtiyaclarını qiymətləndirməyə çalışıb.
Məktəblərin mental sağlamlıqla bağlı iş görməsi nə üçün önəmlidir? Mental sağlamlığı uşaqlara, şagirdlərə çatımlı etmək üçün necə bir sistem qurmaq lazımdır? Təhsil mütəxəssisi Zeynəb Rzayeva ilə məktəb, şagirdlər və mental sağlamlıq barəsində söhbət etmişik.
Fərdi məlumatlarımızı qorumaq nəyə görə vacibdir? Böyük korporasiyalar bu məlumatlardan necə istifadə edirlər? Hüquqşünas Anar Əlizamanlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Narkotik maddə asılılığının ehtimal olunan səbəbləri hansılardır? Azərbaycanda maddə asılılığı olan şəxslər üçün hansı imkanlar mövcuddur? Növbəti qonağımız, sosial işçi Sənubər Heydərova ilə maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar barəsində danışmışıq.
Sadə Hüquq Platformasının əsas məqsədi ölkədə hüquqi maarifləndirmə aparmaq və ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir. Növbəti videomuzda bu platformanın həmtəsisçisi Sübhan Həsənli ilə söhbət etmişik.
Kiberzorakılıq nədir? Azərbaycan qanunvericiliyində kiberzorakılıq anlayışı varmı və buna görə sanksiyalar nəzərdə tutulurmu? Vəkil Zibeydə Sadıqova ilə şəxsi həyatın toxunulmazlığı haqda söhbətimizi izləyə bilərsiniz.
Seksual qısnama nədir? Azərbaycan qanunvericiliyində seksual qısnama anlayışı necə təsvir olunub? Hüquqşünas Ayşə Abdel Qadirlə seksual qısnamaya görə hüquqi məsuliyyət barəsində söhbət etmişik.
Autizm Spektr Pozuntusu fərdlərin həyatlarına necə təsir göstərir? Cəmiyyətdə Autizm Spektr Pozuntusu ilə bağlı yanlış bilinən fikirlər hansılardır? Uşaq inkişaf mütəxəssisi Aynur Hüseynli ilə Autizm Spektr Pozuntusu və erkən müdaxilənin vacibliyi haqqında söhbət etmişik.
From the publisher's feed