
Sign up to save your podcasts
Or


Bu yaxınlarda qadınlara və LGBT fərdlərinə qarşı zorakılıq çağırışı edən videoların sosial şəbəkələrdə yayılması böyük səs-küyə səbəb oldu. Belə hallarda hansı addımları ata bilərik? Hüquqşünas Ayşə Abdel Qadir ilə nifrət nitqi və ona qarşı görə biləcəyimiz tədbirlər haqqında danışmışıq.
Qidalanma bizim üçün bəsit, şüurlu şəkildə fikirləşmədən hər gün həyata keçirdiyimiz bir akt olsa da, əslində, həyat keyfiyyətimizə böyük ölçüdə təsir edir. Əkinçinin növbəti qonağı molekulyar bioloq Nərmin Axundova ilə qidalanmanın həyat keyfiyyətinə təsiri haqqında söhbət etmişik.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, milli tezlik resurslarından istifadə etməyən kütləvi informasiya vasitələrinin tənzimlənməsi dövlətin səlahiyyətləri çərçivəsində deyil.
Fariz Namazlı deyir ki, LGBT-lərə qarşı iş yerində və ya gündəlik həyatda ayrıseçkilik, zorakılıq halları baş verdikdə onlar mütləq müvafiq orqanlara şikayət etməli və bu halın məhz onların LGBT kimliklərinə görə baş verdiyini qeyd etməlidirlər.
Müxtəlif növ oyunlar şagirdlərin öyrənmə prosesinə müsbət təsir edə bilər. Qonağımız, müəllim Aygün Pəncəliyeva ilə belə oyunlardan biri - 7 ailə oyunu haqqında söhbət etmişik.
Publisist Orxan Adıgözəl ilə əlillik və posstravmatik dövr haqqında danışmışıq.
Memar Toğrul Bayramov deyir ki, ağıllı şəhər deyəndə bir çox insanın ağlına robotlar, göydə uçan avtomobillər gəlsə də, əslində, bu şəhərlər sadəcə olaraq, insanı mərkəzə qoyan və ona xidmət edən şəhərlərdir.
Yalan xəbər fenomeni pandemiya və müharibə vaxtı olduqca geniş yayıldı. Yanlış məlumatlardan özümüzü necə qoruya bilərik? Növbəti videomuzda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Rəşad Hüseynovla yanlış məlumatlara qarşı xəbər savadlılığı haqqında söhbət etmişik.
İqtisadçı Fərid Mehralızadə deyir ki, malik olduğumuz datalar və rəsmi statistik göstəricilər reallığı əks etdirmirsə və real vəziyyəti göstərmirsə, tətbiq etdiyimiz siyasət mexanizmlərinin də uğurlu olmaq şansı yoxdur.
“Yalnız vergi güzəştləri verməklə, güzəştli kreditlər verməklə iqtisadiyyatı inkişaf etdirmək mümkün olmayacaq. İqtisadiyyata gedən yol rəqabət mexanizminin düzgün işləməsindən gedir.” İqtisadçı Azər Mehdiyevlə rəqabət haqda söhbət etmişik.
From the publisher's feed