
Sign up to save your podcasts
Or


Bütün dünyada pandemiya dövrü ən çox əziyyət çəkən qruplar cəmiyyətin həssas və marginallaşmış qrupları oldular. Bu qruplardan biri də narkotik maddələrə asılılığı olan insanlardır. Tədqiqatçı Aysel Sultan ilə narkotik asılılığına dəstək xidmətləri haqqında söhbət etmişik.
Kinotəndiqçi Hacı Səfərov deyir ki, son zamanlar müstəqil rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda uğur qazansa da, yerli auditoriyanın əksəriyyəti onları tanımır. Qonağımız bunun səbəbləri haqda fikirlərini bölüşür.
İqtisadçı Əhliman Abbasov deyir ki, rifah siyasətləri, əslində, iqtisadi produktivliyin və iqtisadiyyat üçün faydalı ola biləcək resursların artmasına səbəb olur.
Kurikulum üzrə mütəxəssis Yuliya Kərimova deyir ki, şagird naliyyətlərinin yüksəlməsi üçün məktəblər təkmilləşməlidir, məktəblərin təkmilləşməsi üçün müəllim keyfiyyəti təkmilləşməlidir, müəllim keyfiyyətinin təkmilləşməsi üçün isə müəllimlərin peşəkarlıq standartları olmalıdır.
İqlim böhranının get-gedə kəskinləşdiyi dövrdə dünyanın hər yerində ətraf mühit məsələlərinə qarşı biganə qalmaq istəməyən insanların sayı artır. Azərbaycanda bu proses nə yerdədir? Eko-aktivist Cavid Qara ilə Azərbaycanda və dünyada eko-aktivizm haqqında söhbətləşmişik.
Poliqlot təlimçi Aslan Məmmədzadə deyir ki, yeni bir dil öyrənərkən ən vacib məqam dinləməkdir. Qrammatika, yeni sözlər öyrənmək isə işin ancaq 20-30 faizini əhatə edir.
Sosial şəbəkələrdə gördüyümüz xəbərlər, siyasətçilərin çıxışları, inandığımız miflərin doğru olub olmadığını necə bilə bilərik? “Fakt Yoxla” məhz bunun üçün mövcuddur. Qonağımız Əhəd Əhədli ilə dünyada və Azərbaycanda “Fakt Yoxla” trendi haqqında danışmışıq.
Sosial şəbəkələrdə təhqir, təhdid və böhtanla üzləşmək bizə qarşısı alınması mümkün olmayan bir hal kimi görünsə də, bu əslində, belə deyil. Real həyatda olduğu kimi rəqəmsal dünyada da hüquqlarımız var.
Demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Bəs Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Hüquqşünas Akif Qurbanov ilə vətəndaş cəmiyyətini necə inkişaf etdirməli mövzusunda söhbət etmişik.
İnsanların əksəriyyəti brendlərdən sosial məsələlərə, ayrıseçkiliyə qarşı mövqe qoymaqlarını tələb edir. Bəs istehlakçılar olaraq, öz üzərimizə düşən məsuliyyətimizi nə qədər dərk edirik? Marketoloq Fərdi Rəhimli ilə brendlərin cəmiyyətdəki dəyişikliklərdə rolundan danışmışıq.
From the publisher's feed