Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Kraudfandinq nədir? | Toğrul İsmayılov

    Azərbaycanda ilk kraudfanding platforması olan toxum.org-un həmtəsisçisi, sosial sahibkar Toğrul İsmayılov Əkinçi üçün kraudfanding fenomeni, onun tarixi və formaları, önündəki əngəllər və fürsətlər haqqında danışır.

    13 min
  • Qadınlar və IT sektoru | Nigar Hacıbabayeva

    İKT sektorunda qadınların inkişafı və gender bərabərsizliyini aradan qaldırmağa kömək üçün yaradılmış Girls Code Azərbaycan platformasının rəhbəri Nigar Hacıbabayeva deyir ki, cəmiyyətdə İKT təhsili almış qadınlardan maksimum riyaziyyat müəlliməsi olması gözləntisi var.

    12 min
  • Təhsildə gender mövzusunun əhəmiyyəti | Səadət Abdullazadə

    Azərbaycan gender əsaslı zorakılıq, bərabərsizlik və ya ayrı-seçkiliyə görə bəzi hallarda dünya, bəzi hallarda isə Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Əgər effektiv fəaliyyət planı yerinə yetirilməsə, erkən nikahlar, selektiv abortlar və yeniyetmə hamiləliyi kimi hallar daha da arta bilər. Gender məsələləri üzrə mütəxəssis Səadət Abdullazadə Əkinçi ilə söhbətində bunları deyir.

    15 min
  • Rəqəmsal Zəka nədir? | Rəşad Əliyev

    İntellektual Zəka (IQ) və Emosional Zəka (EQ) ilə yanaşı indi həm də Rəqəmsal Zəka (DQ) insanların cəmiyyətdə və iqtisadi həyatda iştirakında mühüm rol oynamağa doğru gedir. 20 ildən çox İKT mütəxəssisi kimi çalışan Rəşad Əliyev bu anlayış və onun müasir dünyamızda əhəmiyyəti barəsində danışır.

    23 min
  • ”ArtGarden Gəncə” layihəsi | Murad Nəbiyev

    Azərbaycanın bölgələrində yaradıcı gənclərin özlərini reallaşdırması üçün ehtiyac duyduğu alternativ məkanları necə yaratmaq olar? Gəncədə fəaliyyət göstərən Art Garden Ganja layihəsinin rəhbəri Murad Nəbiyev bu barədə öz təcrübəsini Əkinçi ilə bölüşür.

    17 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.