
Sign up to save your podcasts
Or


ABŞ-ın Sietl şəhərində Vaşinqton Universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı narazılıqların və repressiyaların siyasi səfərbərliyə təsiri haqda tədqiqatı haqda danışır.
Bir neçə ay öncə ABŞ-da tədqiqat aparan immunoloq Murad Məmmədovla koronavirus pandemiyası haqda söhbət etmişdik. Keçən həftə Muradla görüşərək, COVID-19 xəstəliyi ilə bağlı son vəziyyəti və vaksinlər haqda ümidlər barəsində ətraflı danışmaq imkanımız oldu.
Murad 10 yaşında ailəsi ilə bərabər ABŞ-a köçüb. Tibb təhsilini Corctaun Universitetində aldıqdan sonra Stenford Universitetində immunologiya üzrə doktorantura proqramını başa vurub. O hal-hazırda San-Fransiskoda yerləşən Kaliforniya Universitetinin Xərçəng Tədqiqatları İnstitutunda immuno-onkologiya sahəsi üzrə tədqiqatçıdır.
Aygün Pəncəliyeva müəllimdir. On ildən çoxdur ki, orta siniflərə fransız dili dərsi deyir. Onun sözlərinə görə, dərslərin səmərəli keçməsi və dərsin müxtəlif elementlərini daha yaxşı qavranmasında oyunlar çox əhəmiyyətli rol oynayır.
Əkinçinin növbəti qonağı tanınmış televiziya aparıcısı Hüsniyə Məhərrəmova yerli televiziyaların mövcud problemləri haqda danışır.
Gender məsələləri üzrə tədqiqatçı Nurlana Cəlil qadınların siyasi iştirakçılığının əhəmiyyəti və buna nail olmaq üçün nəyin edilməli olduğu haqda danışır.
Bu ilin əvvəli Azərbaycanda bir neçə bankın bağlanması ölkədə inamla bağlı ciddi problemi olan bank sistemini daha da çətin vəziyyətə saldığını bildirən iqtisadçı Toğrul Vəliyev, bu inamın bərpası üçün həyata keçiriləcək işlər haqda danışır.
Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac sosial mövzuların tədrisində teatrın verdiyi imkanlardan danışır.
Memar Müslim İmranlı memarlıq layihələrinin reallaşdırılmasından öncə həmin yerin konteksti, tarixi və ruhunu anlamağın əhəmiyyətindən danışır.
İqtisadçı Əhliman Abbasov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında duran əngəllər və rəqabət mühitinin gücləndirilməsi yolları haqda danışır.
Qrafik dizayner Rəsul Həsən Azərbaycanda qrafik dizayn tarixi haqda araşıdırma aparıb və bu araşdırmanın nəticələrini kitab halına salıb. İndi isə o, aşkarladıqlarını Əkinçi auditoriyası ilə paylaşır.
From the publisher's feed