
Sign up to save your podcasts
Or


Jurnalist Vüsalə Əlibəyli son həftələr beynəlxalq media ilə bağlı olan narazılıqlardan, bu narazılıqların yaranma səbəblərindən və bütün bunların çərçivəsində jurnalistikanın təməl prinsiplərinin işləmə mexanizmindən danışır.
Hüquqşünas Ellada Abbasova ilə Beynəlxalq cinayət məhkəmələri haqqında danışmışıq. Ellada Beynəlxalq Ruanda Tribunalında təcrübə keçib və hal-hazırda Bakı Dövlət Universitetində bu sahəni tədris edir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Cenevrə konvensiyalarının mahiyyəti haqqında danışır.
Baku Street Dog Rescue qrupunun könüllüsü Xəyal Sadiqlə könüllülük fəaliyyətinin həm fərdlərin özü üçün, həm də cəmiyyət üçün faydalarından söhbət etmişik.
Tarixçi Altay Göyüşov 19-cu əsrdə Azərbaycanda başlayan maarifçilik hərəkatı və onun nəticələrini təsvir edir.
İctimaiyyətlə əlaqələr və media üzrə mütəxəssis Rəşad Hüseynovla dezinformasiyaların yaranma səbəbləri, onların törətdikləri fəsadlardan və buna qarşı necə mübarizə aparmalı olduğumuz haqqında danışdıq.
Tədqiqatçı İlkin Hüseynli dövlətin mədəniyyətə müdaxilə etməməli olduğu fikrini müdafiə edir və vurğulayır ki, dövlət müəyyən sənət sahələrinə müdaxilə edib digərlərinə etməməklə haqsız bir rəqabət yaradır.
Əkinçinin növbəti qonağı Heydelberq Universitetinin məzunu, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Cəfərovdur. Qonağımız fəlfəsədə geniş müzakirə edilən mövzulardan biri olan ruh və bədən dualizmi cərəyanı haqqında danışdı.
Bloger Elvin Cəbizadə ilə Azərbaycanda kino sahəsində olan problemlər, son zamanlar xarici festivallarda uğur qazanan müstəqil Azərbaycan filmləri və dövlət dəstəkli filmlərin uğursuz olmasının əsas səbəbləri barəsində danışdıq.
Tədqiqatçı Səid Riad ilə submədəniyyətlərin tarixi, Qərbdə və Azərbaycanda submədəniyyətlərin yaranma xüsusiyyətləri arasındakı fərqlər və Azərbaycanda submədəniyyətlərin formalaşmasını gecikdirən problemlər haqqında danışdıq.
From the publisher's feed