
Sign up to save your podcasts
Or


Sənubər Heydərova Azərbaycanda sosial iş təhsili ilə bağlı mövcud olan problemlərdən danışdıq.
2020-ci il texnologiya ilə bağlı miflərin həmişəkindən daha çox olduğu illərdən biri kimi yadda qaldı. Texnobloqer Fərid Pərdəşünas ilə xüsusilə pandemiya dövründə ortaya çıxan çoxsaylı miflər haqqında danışmışıq.
Yaxın Şərq İnstitutunun enerji məsələləri üzrə tədqiqatçısı Rauf Məmmədovla 2020-ci ildə qlobal pandemiya fonunda enerji bazarının vəziyyəti haqda danışdıq.
Tədqiqatçı şənətsünas Nərgiz Məmmədli ilə konseptual rus sənət nümunələri haqqında danışmışıq.
“ÖzünYarat” layihəsinin qurucularından Cəsur Həsənov “Upcycling” və “Do it yourself” konsepsiyalarınıı istifadə edərək, köhnə əşyalar və materiallardan yeni əşyalar hazırlamağın həm özümüz, həm də ətraf mühit üçün olan faydalarından danışır.
ADA universitetinin dekanı Anar Vəliyev kreativ təbəqənin şəhərlərdə məskunlaşması və fəaliyyət göstərməsi üçün lazım olan şərtlərdən danışır.
Tarixçi Altay Göyuşov cəmiyyətdə dəyişiklərin baş verməsində fərdin gücü haqda danışır. QEYD: Texniki nasazlığa görə video çəkiliş zamanı səslə bağlı problem yaranıb. Buna görə izləyicilərimizdən üzr istəyirik.
Feminist Nisə Hacıyeva feminizmlə bağlı olan miflərdən və anti-feminist hərəkatlarından danışır.
Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə “xoşbəxt məktəb” ideasından və daha yaxşı cəmiyyət yaratmaq üçün təhsilin əhəmiyyətindən danışır.
Bu dəfəki videomuzda hüquqşünas Emin Abbasov İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizədəki rolundan danışıb və konvensiyada qeyd olunan əsas istiqamətlər üzrə məlumat verib.
From the publisher's feed