
Sign up to save your podcasts
Or


Bu videomuzda incəsənət sahəsində müstəqil inkişaf üçün imkanlar haqqında danışmışıq. Qonağımız sənətçi Aqil Abdullayevdir.
Kreativ direktor İlkin Yusiflə yaradıcılıq haqda danışdıq. O, çıxışında son zamanlar aktual mövzulardan biri olan - sənətdə müasir tələblərə toxundu. İlkin düşünür ki, bu cür məhdudiyyətlərin müsbət cəhətləri olsa da, mənfi tərəfləri də az deyil.
Kolumbia Universitetinin doktorantı Abbas Abbasov özünün də təsisçilərindən biri olduğu, maddi imkanları zəif olan gənc qız və qadınlara təhsil xərcləri ilə bağlı köməklik göstərməyi və ali təhsilə çatımlılığı hədəfləyən Şəhla Qarayeva Təqaüd Proqramı haqqında danışır.
İqtisadçı Rövşən Ağayevlə Tarif Şurasının fəaliyyəti haqqında danışmışıq.
Bəstəkar Firudin Allahverdi ilə bayağı musiqi və onun cəmiyyətə təsiri haqda danışmışıq.
Gəmiçilik və logistika üzrə mütəxəssis Aqşin Muxtarovla Transxəzər nəqliyyat dəhlizi və onun Azərbaycan və regional inkişaf üçün strateji əhəmiyyətindən danışmışıq.
Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva uşaqların inkişafında yol verilən səhvlər və valideynlərin bu səhvlərə yol verməmək üçün diqqət etməli olduğu məsələlər haqqında danışır.
Ölkədə aparılan islahatlar uğurla nəticələnirmi? Ümumiyyətlə, bu islahatların nəticələrini necə ölçmək lazımdır? İqtisadçı Fərid Mehralızadə ilə Azərbaycanda struktur islahatlarından danışmışıq.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquqşünas Akif Qurbanov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olan problemlər haqqında danışır.
Qonağımız fotoları ilə çoxlarının sevgisini qazanmış Rza Diqqətidir. Onunla söhbətimiz bir az uzun, amma çox maraqlı alındı.
From the publisher's feed