
Sign up to save your podcasts
Or


Qonağımız sosial teatr təlimçisi Aynur Zərrintacdır. Aynurla kuklaların və teatr kostyumlarının uşaqların təxəyyül və yaradıcılıqlarının inkişafındakı əhəmiyyətli rolundan danışmışıq.
Konfliktoloq Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında duran ən vacib məsələlərdən biri ermənilərə qarşı indiyədək mövcud olan düşmənçilik ritorikasının dəyişdirilməsidir. Onun sözlərinə görə, bu həm regionda stabillik yaratmaq, həm də gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün vacibdir.
“İşğaldan azad olunmuş torpaqların bərpası üçün yalnız minaların təmizlənməsinə 630 milyon manat lazım olacaq” - İqtisadçı Toğrul Vəliyevlə işğaldan azad olunmuş ərazilərin bərpası haqqında danışmışıq.
Dağlıq Qarabağ münaqişəsi haqqında gedən müzakirələrdə tez-tez eşitdiyimiz sözlərdən biri xalqların öz müqəddəratını təyin etmə hüququdur. Tədqiqatçı Ayaz Rzayev bu hüququn mahiyyətini və Dağlıq Qarabağ münaqişəsindəki aktuallığını izah edir.
Co Baydenin prezident seçilməsi ilə ABŞ-Türkiyə münasibətlərinin xarakterində bir sıra dəyişiklər gözlənilir. Siyasi şərhçi Şahin Cəfərli iki ölkə arasındakı münasibətlərin gələcəyi haqqında öz proqnozlarını bölüşür.
Bu yaxınlarda ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsində tezliklə Bayden administrasiyası Tramp administrasiyasını əvəzləyəcək. Bəs bu dəyişiklik Azərbaycan üçün nələri vəd edir? Politoloq Fuad Çırağovla müsahibəmizi izləyin.
Ağdamdan məcburi köçkün olmuş Aynur Cəfər Qarabağ xatirələrini və məcburi köçkün kimi yaşadıqlarını bizimlə paylaşır.
Jurnalist Seymur Kazımov müharibə mövzusunu işləyən jurnalistlərin diqqət göstərməli olduğu əsas məqamlardan danışır.
Klinik-psixoloq Rövşən Süleymanov ilə müharibə iştirakçılarının müharibədən sonrakı psixoloji vəziyyəti və post-travmatik stress pozuntusundan əziyyət çəkən veteranlara kömək üçün edilməsi vacib olan işlərdən danışmışıq.
Əziz Kərimov Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə zamanı fotoqraf kimi mülki əhalinin ən çox zərər çəkdiyi ərazilərdə çalışırdı. Onunla bu müddət ərzində gördüklərindən və müharibə fotoqrafçılığından danışmışıq.
From the publisher's feed