
Sign up to save your podcasts
Or


Tədqiqatçı Şəhanə Bilalova ilə Kür çayının aşağı axarının quruması və su resurslarının azalması problemlərinin səbəbləri və gələcəkdə baş verə biləcək ağır fəsadlardan danışdıq.
İqtisadçı Fərid Mehralızadə bilik iqtisadiyyatının formalaşması üçün ali təhsil müəssisələrində edilməli olan dəyişikliklərdən, dayanıqlı iqtisadi inkişaf üçün vacib olan yeni trendlərdən və ali təhsil müəssisələrinin maliyyələşdirilməsi məsələlərindən danışır.
İqtisadçı Azər Mehtiyev özəlləşdirmənin məqsədləri və özəlləşdirmənin Azərbaycanda necə keçirildiyi haqda danışır.
İqtisadçı Xətai Alıyev işsizliyin sosial təsirləri haqda apardığı araşdırmanın nəticələri haqda danışır.
Kaliforniyaya səfərimiz zamanı Google şirkətində proqramçı-mühəndis vəzifəsində çalışan Bəxtiyar Neyman ilə söhbət etdik. ODTU və San Dieqo Kaliforniya Universitetinin məzunu olan Bəxtiyar insanların riyaziyyat biliklərinin onların düşüncə tərzinə təsirləri haqda danışdı.
Dizayner Renara Şəmsiyeva daha öncə istifadə edilmiş və qalıq parçalardan yeni paltarlar hazırlayaraq onlar ikinci həyat bəxş edir.
Silikon Vadisində 10 ildən artıq iş təcrübəsi olan Ulduz Azər bizimlə söhbətində qadınların texnologiya şirkətində çalışması zamanı yaranan çətinliklər, şirkətlərin daxili mədəniyyəti haqda danışdı.
Ulduz bakalavr təhsilini Kaliforniya ştatında yerləşən Berkli Universitetində alıb. Daha sonra İstanbulda yerləşən Sabançı Universitetində maliyyə ixtisasi üzrə magistr dərəcəsinə yiyələnib.
O, Oracle və Twitter kimi texnologiya nəhənglərində maliyyə təhlilçisi vəzifəsində çalışdıqdan sonra, istiqamətini dəyişərək, yeni yaranmaqda olan əmək qüvvəsinin planlaşdırılması sahəsinə keçib.
Hal-hazırda Sietl şəhərində yaşayan və üç ildən artıqdır ki, ictimai sektorda konsaltinq sahəsində çalışan Adnan Hacızadə qərarvermə prosesində məlumatların düzgün istifadəsi haqda danışır.
Media eksperti Seymur Kazımov kütləvi informasiya vasitələ ictimai fikrin manipulyasiya edilməsi imkanları və buna qarşı mübarizə üsulları haqda danışır.
ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin beynəlxalq araşdırmalar məktəbinin dosenti Skot Radnits uzun illərdir ki post-sovet məkanında konspirasiya nəzəriyyələri haqda tədqiqat aparır. Bizimlə söhbətdə Skot konspirasiya nəzəriyyələrinin mənşəyi və onlarla mübarizə yolları haqda danışdı.
From the publisher's feed