
Sign up to save your podcasts
Or


Qürur yürüşləri propaqanda məqsədi daşıyırmı? Təbliğatla insanların cinsi oriyentasiyasını dəyişmək mümkündürmü? LGBT aktivisti Səməd İsmayılov izah edir.
Tarixçi Araz Bağırovla nostalgiyanın haqqında danışmışıq. Qonağımız düşünür ki, nostalgiya təhlükəlidir və çox asanlıqla mühafizəkar və mürtəce dəyərlərlə əlaqələndirilə bilər.
Artıq bir neçə müddətdir ki, bütün dünyada koronavirus əleyhinə vaksinlərin vurulmasına başlanılıb. Bəs Covid-19 əleyhinə vaksin bizə necə kömək edə bilər? Həkim-infeksionist Vasif Əliyevlə müsahibəmizi izləyin.
Növbəti müsahibimiz rejissor, Mədəniyyət Nazirliyinin Kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Qonağımızla kino sənayesinin mövcud durumu və bu sektorun inkişafı üçün atılmalı olan addımlardan danışdıq.
Aktrisa Günel İmanova pandemiya dövründə teatr aktyorlarının üzləşdiyi çətinliklərdən danışır.
Bir neçə ay öncə breykdansın olimpiya oyunlarının proqramına daxil olunduğu elan edildi. Bu rəqs növünün ilk olimpiya debütü 2024-cü ildə Parisdə keçiriləcək oyunlar zamanı baş tutacaq. Breykdans necə yarandı və necə populyarlaşması? Bu haqda tədqiqatçı Səid Riad ilə söhbət etmişik.
Əkinçinin növbəti qonağı şərqşünas Günel Orucovadır. Günellə Azərbaycan dilinin qısa inkişaf tarixi, dilin saflığının saxlanması, dilin lüğət tərkibinin dəyişməsi və digər maraqlı mövzular ətrafında söhbətləşmişik.
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva ilə qadınların hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan addımlar haqda söhbət etdik.
Əkinçinin növbəti qonağı Toğrul İsmayılovla Azərbaycanda ilk onlayn kraudfandinq platforması olan Toxum və Azərbaycanla müqayisədə digər ölkələrdə kraudfandinq təcrübələri haqqında danışmışıq.
“KekaLove Adaptive Fashion” sosial sahibkar Məhəmməd Kekalovun layihəsidir. Layihənin məqsədi fiziki məhdudiyyətli insanların ehtiyaclarına uyğun olaraq müvafiq geyimlər dizayn və istehsal etməkdir. Videomuzu izləyərək layihə haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
From the publisher's feed