
Sign up to save your podcasts
Or


"Debüt" film studiyasının direktoru Orxan Abbasovla studiyanın fəaliyyəti və "INTERNact" təcrübə proqramı haqqında söhbət etdik.
ANİMAFİLM Beynəlxalq Animasiya Film Festivalı Azərbaycanın ilk animasiya film festivalıdır. Festivalın direktoru Rəşid Ağamalıyevlə bu festival haqqında söhbətləşmişik. ANİMAFİLM haqqında ətraflı məlumat əldə etmək üçün festivalın vebsaytına daxil ola bilərsiniz - www.animafilm.az
Azərbaycanda müstəqil gənclər təşkilatları dövlətin yaratdığı bir sıra çətinliklə üzləşir. Tədqiqatçı Nəcmin Kamilsoy deyir ki, bu, gənclər siyasətinin məqsədi ilə dövlətin göstərdiyi praktika arasında ciddi təzad yaradır.
“Dövlət yeni mənada başqa şeyləri ehtiva etməlidir. Müxalifət partiyaları, vətəndaş cəmiyyəti, media. Bunlar hamısı dövləti təşkil edir.” Siyasi təhlilçi Rəşad Şirinlə siyasi idarəetmə, bürokratiya və islahatlar haqda söhbət etdik.
“Petrikor” sosial layihəsi evdar qadınların öz əl işlərini hazırlayaraq gəlir əldə etməklərinə kömək edən bir təşəbbüsdür. Layihənin rəhbəri Təhminə Əhmədzadə ilə gördükləri işlər haqda söhbət etdik.
Pandemiya dövründə iş yerləri bağlanan, gəlirləri azalan insanları ən çox maraqlandıran mövzulardan biri sosial yardımlar və müavinətlər məsələsi oldu. Bəs ümumiyyətlə, dövlətin ayırdığı sosial yardımlar nə dərəcədə effektivdir?
İnnovasiyalar üzrə mütəxəssis Camal Ağayevlə Azərbaycanda startap inkişafı mühiti haqda danışdıq. Qonağımız düşünür ki, universitetlərdə sahibkarlıqla bağlı da fənlər tədris olunmalıdır ki, tələbələrə öz ideyalarını reallaşdırmaq daha asan olsun.
Code Academy-nin təsisçisi və baş direktoru Ülvi Aslanovla müasir texnologiyalar, texnologiya istiqamətində təhsil və texnologiyanın ictimai siyasətdə tətbiqi haqda söhbət etdik.
Müasir insanın yeni məlumatları öyrənmə bacarığı 20 il öncəki dövrlə eyni deyil. Bəs necə edək ki, öyrənməkdən bezməyək, əksinə, zövq ala bilək? “You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova innovativ tədris prosesinin əsas meyarları haqqında danışır.
Zənginlər daha zəngin, yoxsullar daha yoxsul oldu. İllər keçdikcə bu ifadə daha çox aktuallaşır. Xüsusilə də son bir il ərzində yaşadığımız pandemiya mühitində dünya əhalisinin böyük əksəriyyətinin maliyyə çətinlikləri çəkdiyi halda, əhalinin ən zəngin təbəqəsinin gəliri və sərvəti artmağa davam edib. Nədir iqtisadi bərabərsizlik? İqtisadçı Təhmasib Əlizadə izah edir.
From the publisher's feed