
Sign up to save your podcasts
Or


“İkinci Qarabağ müharibəsi dövründə Qərb təsisatları, mediası və siyasətçilərindən bir gözlənti yarandı ki, onlar bizim haqqımızda daha yaxşı, dürüst və obyektiv danışmalıdırlar.” Siyasi təhlilçi Rəşad Şirin ilə Qərbin qlobal ideoloji üstünlüyü haqda danışır.
Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli ilə cəmiyyət, həqiqət və tənqid mövzularında maraqlı söhbətimiz oldu.
“Medianın etik standartlarını hər dəfə reytinqə görə aşağı saldıqca bizim yaradıcı qabiliyyətimiz azalır.” Media tədqiqatçısı Aynur Kərimova xəbər biznesində media etikasından danışır.
“Dövlət strukturları mühafizəkar dəyərləri, mürtəce fikirləri, ailənin gənclərə total nəzarətini təlqin edən hallarla bağlı mövqe ortaya qoya bilmir.” Siyasi təhlilçi Anar Məmmədli ilə qadın qətlləri haqqında danışmışıq.
Bolonya Universiteti və Mərkəzi Avropa Universitetinin magistrı, ixtisasca millətşünas Mirkamran Hüseynli millət araşdırmalarının öyrəndiyi predmet və bu akademik disiplinin nəzəri-metodikasından danışır.
Televiziya və radio aparıcısı Fateh ilə intellektual oyunlar haqda söhbət etmişik.
“Gələcəkdə yaşamaq istədiyimiz cəmiyyəti görmək istəyiriksə, kəndlərdəki uşaqların inkişafı üçün də çalışmalıyıq. Sadəcə paytaxt fokuslu layihələr etməklə ümumi ölkənin inkişafını təmin etmək mümkün deyil.” Fatma Qurbanova ilə “Kitab Gəzər” layihəsi haqqında söhbət etmişik.
Bu yaxınlarda məişət zorakılığı ilə bağlı baş vermiş hadisələrin fonunda hüquqşünas Səməd Rəhimli ilə söhbət etmişik.
Budəfəki qonağımız rejissor, prodüser Əli İsa Cabbarovdur.
Jurnalist Vüsalə Əlibəyli ilə jurnalitika təhsili və yerli medianın çətinlikləri haqda söhbət etdik.
From the publisher's feed