
Sign up to save your podcasts
Or


Bir saatlıq sosial mediadan, seriallardan, işlərdən, qohumlardan uzaqlaşıb Zeynəbin hekayəsini dinləyin. Dinləyin ki, Sevillər ölməsin və Zeynəblərin sayı daha çox olsun. Ailədaxili təzyiqlə qarşılaşan qızın dramı deyil bu buraxılış. Sənin, mənim kimi normal, bizdən birinin həyat hekayəsində bir fraqmentdir şiddət. Zeynəb içindəki bitməz-tükənməz sevgiylə qarşınıza çıxacaq. Bu podkastı paylaşaraq bu gün ailədaxili şiddətlə mübarizədə bir addım atan hər kəsə qucaq dolusu sevgi..
İkinci Otaqda qadınların bayram ənənələrindəki yeri, azad qadın anlayışı, süd vəzi xərçəngi və kontraseptiv preparatların təsirindən bəhs etdik.
Qadınların gündəlik həyatda üzləşdiyi problemlərə nəzər salıb, söhbət etdik. Qadın olmağın gözəlliyi, feminizm və qadın haqları mövzusu ətrafında fikirlərimizi bölüşdük.
From the publisher's feed