PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Bakıda Yeni Trend: Filmlərin Yemək Səhnələrini Canlandıran Layihə: Baku Hub & Cinebites
    Filmləri sadəcə izləməkdən bezdiniz? Bəs sevdiyiniz filmin yemək səhnəsi gələndə, o yeməyin sizin masanıza gəlməsini istərdinizmi?
     Bu podcastda Baku Hub və Cinebites layihəsinin rəhbəri Simge Avcuoğlu ilə birlikdə Azərbaycanda tamamilə fərqli bir yemək konseptindən danışırıq! Hər dəfə fərqli məkanda baş tutan, ən populyar filmlərin dadını masanıza gətirən bu unikal layihə necə yarandı? Pərdəarxasında nələr baş verir? Bütün detallar bu müsahibədə!
    31 min
  • Bitkilər Arasında Ailə Bağları! Ağaclar Təhlükəni Necə Xəbərdar Edir?
    Hər gün yanından keçdiyimiz ağacların və bitkilərin əslində nə qədər mürəkkəb bir sosial həyatı olduğunu bilirsinizmi? Ağaclar bir-biri ilə danışa bilir? Bitkilər öz ailə üzvlərini (eyni kökdən gələnləri) tanıyırmı? Bu videoda təbiətin heyrətamiz sirlərinə elmi baxış keçiririk! Bugünkü buraxılışımızın qonağı Botanika İnstitutunun dissertantı Leyla Əhmədovadır. Leyla xanımla birlikdə "Meşə interneti" (Wood Wide Web) adlanan göbələk şəbəkələri vasitəsilə ağacların daxili ünsiyyətini, bitkilər arasındakı ailə bağlarını və nəsil artımının maraqlı tərəflərini müzakirə edirik. Həmçinin, bir ağac təhlükə (həşərat hücumu, quraqlıq) qarşısında özünü necə müdafiə edir və kimyəvi siqnallarla qonşu ağacları necə xəbərdar edir – suallarına dərindən cavab tapırıq.
    39 min
  • Azərbaycandan Ən Çox Səyahət Olunan Ölkələr Hansılardır? - Dayvinq Cənnətləri və Səyahət Sirləri
    Bir qadın olaraq təkbaşına səyahətə çıxmaq nə dərəcədə təhlükəsizdir? Dünyada qadınların tam rahat və təhlükəsiz şəkildə səyahət edə biləcəyi ölkələr hansılardır? Bu podcastda səyahətə dair ən çox maraq doğuran suallara peşəkar cavablar tapacaqsınız!

    Bugünkü xüsusi qonağımız "Tores Travel" turizm şirkətinin rəhbəri, tanınmış səyahətçi Xara Babayevadır. Xara xanımla birlikdə Azərbaycandan ən çox səyahət olunan ölkələri, viza şərtlərini və ömürdə bir dəfə də olsa hər kəsin mütləq görməli olduğu vizual cənnətləri müzakirə edirik.

    Su altı dünyasını sevənləri də unutmadıq! Podcastın irəliləyən dəqiqələrində dayvinq (diving) üçün ən uyğun dənizlər, rəngarəng mərcan rifləri və bu ekstremal təcrübəni yaşaya biləcəyiniz ən ideal nöqtələrdən danışırıq.
    27 min
  • İlk Dəfə Tək Səyahət Edənlər Üçün 3 Qızıl Qayda! - Sıfırdan Səyahət Planı Qurmaq
    İlk dəfə tək (solo) səyahətə çıxmaq istəyirsiniz, amma haradan başlayacağınızı bilmirsiniz? Büdcəniz azdır və "700 manat ilə səyahət etmək mümkündürmü?" sualını düşünürsünüz? Bu podcastda bütün bu suallara birdəfəlik aydınlıq gətiririk!

    Bu dəfəki  buraxılışımızın qonağı Qrafik Dizayner Səkinə Məmmədovadır. Səkinə xanımla birlikdə sıfırdan səyahət planı necə qurulmalıdır, hostel yoxsa otel seçməliyik və ucuz səyahət edərkən nələri bilməliyik mövzularını dərindən analiz edirik. 

    Üstəlik, səyahət zamanı pulunuzu və məlumatlarınızı qorumaq üçün diqqətli olmağımız gərəkən kiber təhlükəsizlik qaydalarını və solo səyahət edənlər üçün 3 qızıl tövsiyəni bölüşürük. Dizayner gözü ilə fərqli ölkələr, macəralar və büdcə menecmenti haqqında bu maraqlı söhbəti qaçırmayın!
    42 min
  • Nizami 19-cu əsr Polşa ensiklopediyalarında
    "Zaman Maşını" verilişində Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi , şair Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş "Nizami Söhbətləri " layihəmizin bu dəfəki qonağı ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülər Abdullabəyova oldu.
    40 min
  • Biznesinizi Böyüdən Sənəd - ISO 9001 Nədir? | ISO Sertifikatı Kimlərə və Necə Verilir?
    Bu podcastda biznes dünyasının ən önəmli sənədlərindən biri olan ISO sertifikatı və xüsusilə ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi haqqında ətraflı məlumat öyrənə bilərsiniz.
     Sertifikat nədir və şirkətlər üçün niyə bu qədər vacibdir? ISO 9001 nədir, hansı müəssisələrə və hansı kriteriyalara əsasən verilir? Əgər siz də şirkətinizin nüfuzunu artırmaq, beynəlxalq bazara çıxmaq və müştəri məmnuniyyətini təmin etmək istəyirsinizsə, ISO sertifikatlaşdırma prosesinin bütün detallarını bu videoda tapa bilərsiniz.
    38 min
  • Kouçinqin fəlsəfəsi-İnsanın özünə verdiyi suallar onun taleyini dəyişə bilərmi?
    Kouçluq nədir və bu peşə son illərdə niyə bu qədər populyarlaşıb? Hər kəs kouç ola bilərmi, yoxsa bunun üçün xüsusi sertifikatlar və bacarıqlar şərtdir? Bu videoda kouçluq haqqında ən çox verilən suallara aydınlıq gətiririk. Həmçinin, tez-tez bir-biri ilə qarışdırılan iki mühüm anlayışı – Kouçluq və Mentorluğun fərqlərini real nümunələrlə izah edirik. Əgər siz də bu sahədə karyera qurmaq və ya özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu video tam sizin üçündür!
    47 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!