PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Biz Həqiqətən Məntiqli Qərarlar Veririk? - Marketinq Psixologiyasının Sirləri | Düşüncə Mərkəzi
    Biz hər hansı bir məhsulu alarkən tamamilə məntiqli və rasional qərarlar verdiyimizi düşünürük. Bəs əslində beynimiz bizi necə aldadır? Biz doğurdan mı ehtiyacımız olanı alırıq, yoxsa sadəcə duyğularımızın əsiriyik? "Düşüncə Mərkəzi" verilişində profayler Təbriz Hacınskinin qonağı tanınmış marketinq mütəxəssisi və kreativ direktor Ağarəcəb Cəfərov oldu. Verilişdə marketinqin görünməyən tərəflərini, insan psixologiyasını idarə edən mexanizmləri və brendlərin manipulyasiya sirlərini ifşa etdik. 

    Videoda Cavab Tapacağınız Əsas Suallar:
    Beynimizin Rasional Yalanı: Niyə əvvəlcə emosional qərar verib, sonra beynimizdə ona rasional bəhanələr uydururuq? Apple və sement misalı. Yaxşı və Pis Reklamı Ayırmağın Yolu (BAB Modeli): Biznes, Auditoriya və Bazar vəhdəti. Doğru reklam ilə manipulyativ reklamın fərqi necə tapılır? Karl Yunqun 12 Arxeotipi: Brendlər bizi hansı obrazlarla ovlayır? Raffaello (Sevgili), Nike (Qəhrəman), Apple (Yaradıcı) və digər brendlərin yerli bazardakı manipulyasiyası. "Mağaza Bağlanır, Son Məhsul!" Hiyləsi: Süni endirimlər və limitli kolleksiyalar beynimizə necə təsir edir? Niyə Apple heç vaxt endirim etmədiyi halda növbəyə dururuq? Şəxsi Brendinq (Personal Branding) yoxsa Tanınmaq? Karl Yunqun arxeotipləri vasitəsilə şəxsi brendin qurulması və Elon Musk nümunəsi.
    42 min
  • Azərbaycan Səhraya Çevrilir? 10 İlə Pulumuz Olsa Da, Yeməyə Qidamız Olmayacaq! |
    Qlobal iqlim dəyişikliyi, artan quraqlıq və torpaq deqradasiyası bu gün həm dünyada, həm də Azərbaycanda ən böyük ekoloji təhdidlərdən birinə çevrilib. "İqlim Gündəliyi" verilişinin bu buraxılışında aparıcı Günel Əhmədovanın təqdimatında, Coğrafiya İnstitutunun laboratoriya müdiri Mirnuh İsmayılov və aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev ilə birlikdə Azərbaycanda torpaqların səhralaşması, şoranlaşması və ətraf mühit böhranını masaya yatırırıq. Son illərdə kəskin şəkildə artan quraqlıq səbəbindən Azərbaycanda yüz minlərlə hektar əkin sahəsi tamamilə məhv olub. Bəs bu vəziyyət ölkənin ərzaq təhlükəsizliyinə necə təsir göstərir? Abşeron yarımadasındakı neft çirklənmələri və qeyri-qanuni tikililər iqlimi necə dəyişir?
    🔍 Videoda Müzakirə Olunan Kritik Mövzular: 1. İqlim Dəyişikliyi yoxsa Dalğalanma? 2. Səhralaşma və Şoranlaşmanın Əsl Səbəbləri 3. Abşeron Yarımadasının Yaralı Yeri: Urbanizasiya böhranı, tikinti işləri zamanı üstü örtülən təhlükəli neft tullantıları və zirzəmilərə dolan radioaktiv qazlar. 4. Ərzaq Təhlükəsizliyi və Daxili Miqrasiya
    44 min
  • Bu Yay Avropa Türkiyə Qiymətinə! - Monteneqro Viza Qaydaları - Krit Adasına Səyahət
    "Planeti Visa ilə kəşf edin" rubrikasının bu buraxılışının qonağı "Paşa Travel" şirkətinin marketinq rəhbəri Cəmilə Əhmədzadə olub!
    Yay mövsümündə unudulmaz bir tətil planlaşdıranlar üçün bu xüsusi buraxılış əsl bələdçi rolunu oynayacaq. Verilişdə Yunanıstanın ən böyük adası olan Krit və son illərin ən populyar təbii gözəlliklər məkanı Monteneqro (Çernoqoriya) səyahət istiqamətləri hərtərəfli analiz edilib.
    💡 Bu buraxılışda nələrdən danışdıq?
    Asanlaşdırılmış Viza Prosesi: Monteneqroya cəmi 2 sənədlə (pasport və biometrik şəkil) viza almaq qaydaları.
    Krit adasında "All-Inclusive" sirləri: Yunanıstanda hər şey daxil sistemli hotellər və İrakliona AZAL ilə birbaşa uçuşlar.
    Gəzməli və Görməli Yerlər: Knossos sarayı, Herseq Novi, Budva, ecazkar Kotor və Perast şəhərlərinin vizual gözəllikləri.
    Büdcə və Ekonom Səyahət: Hansı istiqamət daha sərfəlidir?Paşa Travel-dən yay üçün eksklüziv daxili hissə-hissə (aybaay) ödəniş imkanı!
    30 min
  • Hindistanda Küçə Yeməkləri - Brilyant Mərkəzi Racqot - Türkiyədə Təhsil
    "Tam Vaxtı" verilişinin "Planeti Visa ilə kəşf edək" rubrikasının bu buraxılışında Hindistanın və Türkiyənin fərqli mədəniyyətlərinə, sənaye mərkəzlərinə və real həyat şərtlərinə səyahət edirik! 🌍✈️ Studiyamızın qonağı PR və marketing üzrə konsultant (məsləhətçi) Umnisə Musabəyova Hindistanda keçirdiyi iş illərindən, Dehli, Mumbay və dünyanın brilyant emalı mərkəzi sayılan Racqot şəhərindən maraqlı faktlar paylaşdı. Eyni zamanda Türkiyədəki magistr təhsili, İstanbulun yorucu ritmi və seysmik, lakin sakit Dənizli şəhəri haqqında unikal xatirələrini bölüşdü.

     Dünyada çıxarılan almazlar niyə məhz Hindistanın Qucarat əyalətinə (Racqot) gətirilir?
     Mumbay dənizinin 90-cı illərin Bakı dənizi ilə oxşarlığı və Hindistandakı dəhşətli çirklilik.
     Hindistanın küçə yeməkləri və ədviyyat mədəniyyəti: Niyə orada hər şey bu qədər acıdır?
     Mahatma Qandinin ruhuna hörmət olaraq spirtli içki və siqaretin qadağan olunduğu xüsusi şəhər. İstanbul niyə yaşanılası şəhər deyil və Dənizli şəhərinin qəribə "donuz" tariçəsi.
    "İstanbul aeroportunda özümü yerdən yerə çırpıb pulsuz bilet aldım!" – Səyahət edən xanımlar üçün qızıl məsləhətlər.

    Hindistan biznes mühiti, kasta sistemi, "Chai Tee" içkisinin enerjisi və xarici ölkələrə səyahət edərkən sığortanın həyati önəmi haqqında həm əyləncəli, həm də elmi-praktiki podkast!
    36 min
  • Mollarda Musiqi Niyə Qadağandır? Ər-Riyaddan Hər Kəsi Təəccübləndirəcək Faktlar!
    Planet FM-in sevilən "Planeti Visa ilə kəşf edək" verilişinin budəfəki qonağı, Ər-Riyadda 4 ay yaşamış Nərgiz xanımdır. Bu buraxılışda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad haqqında indiyə qədər eşitmədiyiniz maraqlı faktlar və stereotipləri qıran reallıqlar müzakirə olunur.

     Həyat yoldaşının KAFD (Maliyyə Küçəsi) bölgəsindəki akselerator proqramı çərçivəsində Ər-Riyada köçən Nərgiz xanım, şəhərin möhtəşəm memarlığından, nəhəng mall mədəniyyətindən və ərəb cəmiyyətində qadınların idarəetmədəki rolundan bəhs edir. Həmçinin, Praqada keçirilən məşhur ingilis müğənnisi Reyin (Raye) konsertində yaşadığı -14 dərəcəlik şaxtalı macəranı və qlobal konsert biletlərini (Viagogo fırıldaqları) alarkən aldanmamağın yollarını bölüşür.
    31 min
  • Qrup Turlarının Gizli Tərəfləri: Niyə Tək Səyahət Etməməlisiniz?
    Planet FM-in populyar "Planeti Visa ilə kəşf edək" verilişində "Tell Travel" şirkətinin təsisçisi və peşəkar tur rəhbəri Vüsal Məmmədoğlu qonaq olub. Cavid və Rəhmanın təqdimatında keçən bu səmimi və məlumatlandırıcı podkastda müasir səyahət trendləri, qrup turlarının üstünlükləri və fərdi səyahətlər zamanı qarşıya çıxan gizli təhlükələr müzakirə olunur.

     Mühəndislikdən peşəkar tur rəhbərliyinə keçən Vüsal bəy, Dubay otellərindəki adapter problemlərini həll edən unikal "karandaş life hack" metodundan, Fethiyenin gizli cənnətlərindən (Göcek, Ölüdəniz) və Qırmızı dənizdəki qabarma-çəkilmə hadisələrinin turistlər üçün yaratdığı sürprizlərdən danışır.
    32 min
  • Nizami Əsərlərindəki Gizli Kosmik Şifrələr və Bolqar Ədəbiyyatına Təsiri
    Planet FM-in elmi-maarifləndirici "Zaman Maşını" verilişinin builki xüsusi buraxılışında, Nizami Gəncəvi Vəqfi ilə birgə ərsəyə gələn "Nizami Söhbətləri"ndə dahi mütəfəkkirin dünya və Bolqarıstan ədəbiyyatına göstərdiyi misilsiz təsirlər müzakirə olunur. Verilişin qonağı filologiya üzrə fəlsəfə doktoru Aytən xanım Rüstəmzadədir. Bu buraxılışda Şekspirin məşhur "Romeo və Culyetta" faciəsindən düz 400 il əvvəl yazılmış "Leyli və Məcnun" poemasının dünya dramaturgiyasının əsasını necə qoyduğu, "Yeddi Gözəl" əsərindəki astroloji və astronomik simvolların bolqar nizamişünaslığındakı elmi təhlili və Covanni Bokkaççonun "Dekameron"u ilə Nizami Xəmsəsi arasındakı paralellər açıqlanır.
    41 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!