PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Nizami Gəncəvidə Qadın-Kişi Münasibətləri: Xosrov və Şirin Eqolarının Mübarizəsi
    Karl Yunq və Ziqmund Freyd psixoanaliz nəzəriyyələrini əslində Nizami Gəncəvidən götürüblər? "Xosrov və Şirin" əsəri sadəcə bir sevgi dastanıdır, yoxsa iki güclü eqonun psixoloji müharibəsi? Bu videoda Planet FM-in "Zaman Maşını" verilişinin aparıcısı Nigar xanım və qonağı, Əməkdar mədəniyyət işçisi, yazıçı İlqar Fəhmi dahi şair Nizami Gəncəvinin yaradıcılığını müasir psixologiya, fəlsəfə və siyasət prizmasından analiz edirlər. Videoda həmçinin, Ömər Xəyyamın fəlsəfi rübailəri ilə Kafkanın "Qəsr" əsərinin bənzərliyi, orta əsrlərdə əlyazma kitabların hermetik sirrləri və Umberto Ekonun "Qızıl gülün adı" romanındakı zəhərli vərəqlər motivinin ədəbi təhlili yer alıb. Nizaminin "Xurma ağacı" məsəli ilə müasir ziyalı xanımların karyera və ailə seçimləri arasındakı acı bənzərlik, şahmat və nərd oyunları üzərindən insan xislətinin və mənsəbə çatdıqdan sonra "əyri yol gedən" piyadaların psixologiyası bu səmimi söhbətdə!
    44 min
  • Cizgi Filmi Yalandır! - Madaqaskar və Tanzaniyada haqqında MARAQLI FAKTLAR
    "Avropanı gəzmişəm, artıq orada axtardığım heç nə yoxdur!" Bu iddialı cümlə ilə səyahət coğrafiyasını tamamilə dəyişən Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının üzvü Elşən İsmayılov Planet FM-in "Planeti VİSA ilə kəşf edək" rubrikasında qonaqdır!

    Bu podcastda planetimizin ən təcrid olunmuş və sirli adası olan Madaqaskardan, həmçinin vəhşi təbiətin ürəyi Tanzaniyadan danışırıq. Madaqaskardakı nəhəng baobab ağacları, adadakı flora və faunanın 85%-nin niyə yalnız burada mövcud olduğu, yerli əhalinin əslində afrikalı deyil, İndoneziya kökenli olması barədə şok faktları öyrənəcəksiniz. Həmçinin, Tanzaniyadakı Serengeti və Qoronqoro milli parklarında vəhşi heyvanların böyük köçünü canlı izləmək, Kilimancaro ətəklərindəki yerli kənd həyatı və yeni başlayan səyahətçilər üçün hostel bələdçisi bu podcastda!

    Madaqaskara viza almağın asan yolları və sərhəddə Azərbaycan pasportunun avropalıları necə geridə qoyduğu barədə maraqlı təcrübəni qaçırmayın!
    35 min
  • Uşaqlarda Smartfon və Planşet Asılılığı: Məktəblərdə Telefon Qadağası!
    Amerikada həkim olmaq üçün hansı çətin silsilə imtahanlardan (USMLE) keçmək lazımdır? Bostonda dövlət məktəblərinin keyfiyyəti niyə ərazidən asılıdır? "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı, hazırda ABŞ-ın məşhur Boston Children's Hospital-da elmi işçi kimi çalışan fəlsəfə doktoru, pediatr Dr. Ülviyyə Aslanova ilə möhtəşəm bir müsahibəni təqdim edirik!

     Müsahibədə Amerikanın tibb və təhsil sistemi, uşaqların smartfon və planşet asılılığından qorunması yolları, 12-20 yaş arası yeniyetməlik dövrünün kritik idarəolunması barədə çox vacib məsləhətlər yer alıb. Həmçinin, Dr. Aslanovanın Yaponiya təcrübəsi, oradakı nizam-intizam və seysmik şəraitdə həyat, eləcə də süni intellektin (ChatGPT) tibb sahəsindəki rolu və Azərbaycan dilinin ChatGPT-dəki sürətli inkişafı barədə maraqlı faktları öyrənəcəksiniz.

    41 min
  • AZƏRBAYCANDA SU BİTİR? - 2026-cı İldə Bizi Gözləyən Real Təhlükə! | İqlim Gündəliyi
    Azərbaycanın su ehtiyatları tükənir? Bakıda yağış yağanda yaranan subasmaların əsl səbəbi nədir? Planet FM-in "İqlim Gündəliyi" verilişində Coğrafiya İnstitutunun aparıcı alimləri – Rza Mahmudov (Hidrologiya laboratoriyasının müdiri) və Zaur İmrani (İnstitutun direktoru) ölkəmizin su təhlükəsizliyi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirirlər. Dünya Bankının "Azərbaycanın İqliminə və İnkişafına Dair Hesabatı" əsasında hazırlanan bu müzakirədə qlobal istiləşmənin çaylarımıza təsiri, tranzit çaylardan asılılığımız, kənd təsərrüfatındakı böyük su itkiləri və Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsi barədə ən son məlumatları öyrənəcəksiniz.
    43 min
  • Tur Şirkətləri Qiymətləri Necə Ucuzlaşdırır? - Viza almağın rahat üsulları - Oteli ucuz bron etmək
    "Planeti Visa ilə kəşf edin" verilişində bu dəfə 2026-cı ilin yay turizm mövsümünü və qlobal səyahət trendlərini müzakirə edirik! Verilişin qonağı "Baku Holiday Travel" (BHT) şirkətinin korporativ şöbə meneceri Pərvin Qasımovadır.
    Xaricə səyahət planlaşdırarkən təkbaşına otel və bilet bron etmək, yoxsa peşəkar turizm agentliyinə müraciət etmək daha sərfəlidir? Viza müraciətlərində və hava limanlarında aldadılmamaq üçün hansı məqamlara diqqət etməliyik?
     Podcastda eyni zamanda son illərdə qiymətləri kəskin artan Türkiyə kurortlarına alternativ olan Misir (Şarm əş-Şeyx), Dubay turları və Avropada qatarla səyahətin (Multi-city) üstünlüklərindən bəhs edilir.
    22 min
  • Arıqlamaq İstəyənlərin Etdiyi Böyük Səhvlər - Emosional Aclıqdan Azad Olmaq
    "Düşüncə Mərkəzi" verilişinin bu buraxılışında aparıcı, profayler Təbriz Hacınski və 12 illik təcrübəyə malik nutrusioloq Aynur Bayramova ilə qidalanma psixologiyası mövzusunu dərindən araşdırırıq. Videoda insanları ən çox maraqlandıran aclıq hissinin doğrudan da mədədən, yoxsa beyindən başlaması və pəhriz proqramlarının niyə uğursuz olması suallarına elmi aydınlıq gətirilir. Həmçinin fizioloji aclıqla emosional aclıq arasındakı fərqləri necə ayırd etməyin yollarını, stress zamanı yaranan şirniyyat istəyinin səbəblərini və gün ərzində karbohidrat, zülal, doğru yağ balansının boşqabımızda necə paylanmalı olduğunu öyrənəcəksiniz. Bioloji saatın və qidalanma tsikllərinin çəki nəzarətindəki rolundan bəhs edilən bu söhbətdə, fitnes müəllimlərinin pəhriz tövsiyələrinin nə dərəcədə doğru olduğunu kəşf edəcəksiniz. Arıqlamaq, sağlam qidalanmaq və eyni zamanda zehni gümrahlığını qorumaq istəyən hər kəs üçün peşəkar məsləhətlər bu videoda toplanıb!
    46 min
  • Gənclər QHT Sektorunda Necə Uğur Qazana Bilər?
    Planet FM-in "Zaman Maşını" verilişində bu gün çox aktual və qlobal əhəmiyyətli bir mövzuya toxunuruq! Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları (QHT) Platformasının baş katibi Fuad Kərimli studiyamızın qonağıdır. Verilişdə COP29 və WUF13 (World Urban Forum) kontekstində Azərbaycan QHT-lərinin beynəlxalq arenada rolu, iqlim ədaləti və şəhərsalma problemləri müzakirə olunur.
    39 min
  • 100 il sonranı indi yaşayan Çin - Çinə səyahət və viza almaq - Çin mətbəxi
    "Planeti Visa ilə kəşf edin" verilişinin bu buraxılışında Çində 3 il yaşamış, orada ingilis dili müəlliməsi kimi çalışmış Çin dili mütəxəssisi və marketoloq Leyla Şahmurlu ilə çox maraqlı və elmi-analitik bir söhbət reallaşdırdıq.
    Çin mədəniyyəti, Çin təbabətinin gizli qalmış tərəfləri, WeChat tətbiqinin qlobal gücü və Çində biznes qurmağın, mal gətirməyin unikal taktikaları haqqında bilmədiyiniz hər şey bu podcastda!

    Podcastda Cavab Tapacağınız Mühüm Suallar:
    Çin dilini 3 aya intensiv şəkildə öyrənməyin gizli metodu hansıdır?
    Çinlilərlə alış-veriş edərkən "endirim qoparmağın" ən işlək taktikası nədir?
    Çin təbabəti necə işləyir? Cəmi 3 nəbz nöqtəsi ilə bədəndəki xəstəliklər necə tapılır?
    Çində həyatı idarə edən WeChat və Xiaohongshu tətbiqləri nədir və necə işləyir? Sürücüsüz taksilər, pandalar şəhəri Çendu və Çindəki sərt deportasiya qaydaları.
    34 min
  • Səyahət Edənlərin Bilməli Olduğu 3 Şey: Viza, Dron İcazəsi və Ucuz Ölkələr
    Bu podcastda Almaniya və Britaniya vizası müraciətlərindəki 2026-cı ilin ən son qaydalarını, "TLScontact" şirkətinin rəsmi nümayəndəsi Rüstəm Nəbizadə ilə müzakirə edirik!
    Şengen vizası alarkən edilən ən böyük səhvlər hansılardır? Pasport və bank çıxarışları yoxlanılarkən nələrə diqqət edilir? VIP xidmət viza prosesini sürətləndirirmi?

    Həmçinin, dron həvəskarları üçün çox vacib məlumatlar: Azərbaycanda və Avropada dron uçurtmaq üçün hansı sertifikatlar tələb olunur? Avropada kütləvi yerlərdə dron çəkilişlərinə qoyulan sərt qadağalar və cərimələr nələrdir?

    Podcastın ikinci hissəsində isə son dövrlərin ən populyar səyahət trendi olan Özbəkistan (Xivə, Buxara, Səmərqənd) bələdçisi, oradakı qiymətlər, kabab turizmi və unikal çay mədəniyyəti haqqında maraqlı faktları öyrənəcəksiniz. Səyahətə çıxmazdan əvvəl bu videonu mütləq izləyin!
    37 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!