PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Avropada Magistr Və Təqaüd Qazanmaq Haqqında Hər Şey! - LİTVADA PULSUZ TƏHSİL!
    Avropada pulsuz təhsil almaq, xaricdə magistratura oxumaq və tələbəlik həyatı yaşamaq istəyirsiniz?

    Bu buraxılışda Litvanın Vilnüs şəhərində yaşayan, özəl məktəbdə ingilis dili müəllimi işləyən Simara Nəsirova ilə Avropada təhsil, yaşayış xərcləri, aylıq kirayə qiymətləri və Avropa məktəblərindəki IB təhsil sistemi haqqında ətraflı söhbət etdik.

    Podcast ərzində Litvada verilən tam təqaüdlər, tələbələr üçün viza imkanları, Avropada iş tapmaq prosesi və Litva mədəniyyəti haqqında bütün suallara cavab tapacaqsınız.
    33 min
  • CƏMİYYƏTDƏ GENDER BƏRABƏRSİZLİYİ! | Media, Stereotiplər Və Kiberbullinq
    Müasir mediada gender bərabərliyi, təmsilçilik və cəmiyyətdə kök salmış stereotiplər hansı problemlərə yol açır?

    "Zaman maşını" verilişinin bu buraxılışında Nigar Məmmədovanın qonağı gender və media tədqiqatçısı, "Content Lab"ın rəhbəri Vəfa Əlidir.

    Müsahibə zamanı sosial medianın senzurasız təbliğat maşınına çevrilməsi, kiberbullinq (cyberbullying), brendlərin krizis menecmenti səhvləri, "kişi baxışı" (male gaze) anlayışı və kişilərə/qadınlara tətbiq edilən sosial təzyiqlər ətraflı təhlil edilir.

    Əgər siz də cəmiyyətdəki gender normativləri və medianın insan psixologiyasına təsiri ilə maraqlanırsınızsa, bu podcast tam sizin üçündür!
    40 min
  • "Siz bildiyiniz suşilər deyil!" - Yaponiyada suşi reallığı
    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahətçi Sevinc Təbrizli oldu. 

    Bu buraxılışımızda yaponların əxlaqi dəyərləri və sadəliyin önəmindən, məşhur yapon yeməyi olan "Şibu-şibu"dan, sosial şəbəkələr olmadan müasir dünyada uğur qazanmaqdan və digər maraqlı mövzulardan bəhs etdik.
    34 min
  • Yaponiyadan Azərbaycana Milyonluq İnvestisiya!
    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı "Made in Turan" markasının qurucusu Camid Mövsümov oldu. 

    Bu buraxılışımızda yaponluların biznes etiket qaydalarından, Azərbaycanda açılacaq Yapon Mədəniyyət Evi, Sakura Bağı və dərman istehsalından, yaponluların cavan qalmaq sirrlərindən və digər maraqlı mövzulardan bəhs etdik.
    39 min
  • Qadınlarda və kişilərdə emosional zəkanın fərqləri.
    "Zaman Maşını" verilişinin növbəti buraxılışında nələrdən danışdıq?

    Auditoriya qorxusu və Sosial Fobiya: Niyə çoxumuz kamera və mikrofon qarşısında donub qalırıq?

    Saxtakar Sindromu (Impostor Syndrome): Savadlı və bacarıqlı insanların özlərini olduqları yerə layiq bilməməsinin psixoloji səbəbləri.

    Danning-Kruger Diaqramı: Az bilənlərin "cahil cəsarəti" ilə çox bilənlərin çəkingənliyi arasındakı təzad.

    Uşaqlıq travmaları: Həqiqətənmi hər şey uşaqlıqdan qaynaqlanır, yoxsa biz sadəcə bəhanə axtarırıq?

    Emosional Zəka və Empatiya: Qadınlar və kişilərdə emosional zəkanın inkişaf fərqləri.

     Aparıcı: Nigar Məmmədova

    Qonaq: "KarnegiKlub" Treninq Mərkəzinin rəhbəri Dr. Nəcəf Allahverdiyev
    37 min
  • Amerikada məşhur olmaq asandır, yoxsa çətin?
    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı ABŞ-də yaşayan azərbaycanlı müğənni, bəstəkar və süni intellekt meneceri Leyla Tağıyeva oldu. 

    Bu buraxılışımızda Amerikada canlı musiqinin önəmindən, kolumbiyalı yoldaşı ilə tanışlıq hekayəsindən, oxşar ənənələrdən, süni intellekt meneceri və marketinq karyerasından və digər maraqlı mövzulardan bəhs etdik.
    36 min
  • Yalan danışmağa ən meylli insan tipi hansıdır?
    Podcastda nələrdən danışdıq?

    Giriş və Neyrolinqvistik Proqramlaşdırma (NLP) fərziyyəsi

    İntrovert və Ekstravert anlayışları (Karl Qustav Yunq nəzəriyyəsi)

    Depressiyanın əsas simptomları nələrdir? (Özünüzü yoxlayın)

    Stress, artıq çəki və şokolad təcrübəsi Kimlər daha çox yalana meyllidir?

    Ekstravertlər yoxsa introvertlər?

    Uşaqlıq travmaları:"Tərk edilmə qorxusu" və sxematerapiya (Schematherapy)

    Aparıcı: Təbriz Hacinski
    Qonaq: Klinik Psixoloq, Psixoterapevt İlkin Kazımlı
    45 min
  • Tıxacsız Ölkə Necə Olur?
    "Tam Vaxtı" verilişinin bu buraxılışında qonağımız həyatı sevən insan Sabir Aslanov oldu. Bu buraxılışımızda Bakı ilə müqayisədə Sinqapur nə dərəcədə baha olmasından, Hollandiyada tıxac olmamasının əsas səbəblərindən, Malyaziyada olan Britaniya izləri və məşhur "Cameron Highlands" sanatoriyasından və digər maraqlı mövzulardan bəhs etdik.
    1 hr 16 min
  • Bu ərazilərdə çimmək qəti qadağandır! | Nəzarətsiz çimərliklərin acı nəticələri
    Bu buraxılışımızda nələri öyrənəcəksiniz?

     FHN tərəfindən çimərliklərdə keçirilən monitorinqlər və təhlükəsizlik tədbirləri.
    🛑 Qırmızı rəngli kürələr (nişanlar) nəyi ifadə edir və dənizdə xətti keçmək niyə təhlükəlidir?
    🌊 "Rip axını" (sualltı güclü axın) nədir? Belə bir vəziyyətlə qarşılaşdıqda panikaya düşmədən necə xilas olmaq olar?
    🪨 Daş-qaya parçaları və sualtı çuxurları olan təhlükəli ərazilər (Məsələn: Nardaran və Şüvəlan çimərliklərinin bəzi hissələri).
    👶 Valideynlərin ən böyük səhvləri: Azyaşlıların nəzarətsiz qalmasının acı nəticələri.
    Unutmayın, təhlükəsizlik ailədən başlayır!

    Aparıcı: Nigar Məmmədova
    Qonaq: FHN KGNSXDX Baş Məsləhətçi Fatimə Əliyeva
    41 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!