PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • 18 İllik Koreya Həyatı - Cənubi Koreyada Təhsil, Biznes və Yaşam Qaydaları
    Cənubi Koreyada 18 ildən artıq yaşayan beynəlxalq biznes mütəxəssisi, Seul şəhərinin ilk azərbaycanlı fəxri vətəndaşı və mədəniyyət elçisi Rahel Əhmədova "Planetləri Visa ilə kəşf edək" layihəsində!

    Bu buraxılışda Cənubi Koreyada dövlət təqaüdü ilə təhsil almaq yolları, Koreya cəmiyyətindəki gizli iyerarxiya, koreyalı ilə ailə qurmağın pərdəarxası, Koreya toylarının fərqləri, K-Pop sənayesi, Şimali və Cənubi Koreya arasındakı mədəni fərqlər, Koreya tibbi və Süni İntellekt (AI) startapları haqqında ətraflı həmsöhbət olduq.
    34 min
  • 3 aya ingilis dili öyrənmək mümkündür? | Şimali Kiprdə təhsil və həyat
    Podcastda müzakirə olunan əsas mövzular:
    3 aya ingilis dili öyrənmək nağılı: Əslində nə qədər vaxt lazımdır?
    Şimali Kiprdə təhsil: Şərq Akdeniz Universiteti və YÖK təsdiqinin əhəmiyyəti.
    Kiprdə tələbələr üçün yaşayış, yataqxanalar və iş imkanları.
     Kiprin turizm potensialı: Qirnə şəhəri və lüks istirahət.
     Pasporta möhür vurdurmadan Kiprə necə səyahət etməli?
    Təkbaşına səyahət (Solo Travel) təcrübəsi və Çin təəssüratları (Pekin, Çunçin, Avatar dağları).
    34 min
  • London təhsili, 5 dil və startap ideyaları!
    Planet FM-in efirində növbəti maraqlı həmsöhbətimiz jurnalist, bloqer Ayfra Manto oldu!

    Veriliş boyunca müzakirə etdiyimiz əsas mövzular:
    Fərqli mədəniyyətlərin sintezi: Konqo və Azərbaycan kökləri olan Ayfra ailəsindəki mühitdən və 5 dil bilməyindən söz açdı.
    Böyük Britaniyada təhsil: Böyük Britaniyadakı ali təhsil təcrübəsi, IB proqramı və yerli mühitə adaptasiya olunmağın sirləri.
     Jurnalistikadan marketinqə: Təhsil istiqamətini dəyişməsi, Böyük Britaniyada startap layihəsi üzərində çalışması və sosial şəbəkələrdə diqqət çəkən kontent (hook) yaratmağın incəlikləri.
    34 min
  • Avropa Vızasını Necə Asan Alaq? | Monteneqro yoxsa Yunanıstan?
    Bu verilişdə "Planet FM" efirində travel konsultant (səyahət məsləhətçisi) Vüqar Quliyev qonağımızdır! 

    Aparıcımızla birlikdə bu yay azərbaycanlıların ən çox üstünlük verdiyi səyahət istiqamətlərini, Monteneqro və Yunanıstan turlarını, eləcə də viza prosedurlarını geniş müzakirə etdik.

    📌 Müzakirə olunan mövzular:
    • Azərbaycanlıların bu yay ən çox seçdiyi istiqamətlər (Türkiyə, Monteneqro, Yunanıstan və s.)
    • Monteneqroya səyahət planı: Budva, Kotor və Tivat şəhərlərinin fərqləri
    • Səyahəti əvvəlcədən planlaşdırmağın üstünlükləri və qənaət yolları
    • Paris, London və digər Avropa şəhərlərinə gəzinti sirləri
    • Yunanıstanın məşhur adaları və çimərlik istirahəti
    35 min
  • Səyahətdə Viza və Müştəri Kaprizləri: Avropa, Çin və Özbəkistan Təəssüratları!
    Turizmçi və bloqer Süfəyyə xanımla səyahət dünyasına maraqlı yolçuluq!

    Bu verilişdə turizm sahəsinin pərdəarxası məqamlarından, səyahətçilərin qarşılaşdığı ən qəribə və məzəli hallardan parlaq söhbətlər etdik.

    Verilişdə hansı mövzulara toxunduq?
    7/24 Oyaq Turizmçilər: Otele çatanda otaq verilməyəndə və ya Uçuş Tablosunda reys görünməyəndə neyləməli?
    Şengen Vizası Mifi və Sərhəd Qaydaları: Birlik ölkələrinə daxil olarkən hansı qaydalara əməl etmək vacibdir?
    London vs. Berlin: Avropa şəhərlərinin gözlənilməz tərəfləri, təmizlik və immiqrant mühiti.
    32 min
  • Avropanın Ən Ucuz Ölkəsi - Albaniyada Ksamil, Tirana Və Serbiya Səyahəti
    "Planeti Visa ilə kəşf edək" rubrikasının bu buraxılışında media mütəxəssisi və həvəskar səyahətçi Elnur Ağayev ilə Balkan ölkələrini — Albaniya və Serbiyanı kəşf edirik.

    Bu podcastda Avropanın Maldivi adlandırılan Ksamil çimərlikləri, Tiranadakı 170 min gizli bunker hekayəsi, Belqraddakı pulsuz ictimai nəqliyyat sistemi, Balkan mətbəxi və səyahət xərcləri haqqında praktiki məsləhətlər yer alıb.
    36 min
  • İqlim Haqqında Yeni Qanun Layihəsi: Bakının Yaşıl Sahələri və Baş Plan 2040
    "İqlim Gündəliyi" verilişinin bu buraxılışında iqlim dəyişikliyi və şəhərlərin yaşıllaşdırılması mövzusunu ətraflı təhlil etdik. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatlarına əsasən, dünyada şəhərlər qlobal orta göstəricidən təxminən iki dəfə çox qızır. Bu problemə qarşı Bakı şəhərində görülən tədbirlər, Baş Plan 2040 çərçivəsində yaşıl sahələrin artırılması və Milli Məclisdə müzakirə olunan "İqlim haqqında" yeni qanun layihəsi haqqında  söhbət apardıq. Müsahibimiz urbanist-memar Cahid Həsənov şəhər istilik adası effekti, mənzil tikintilərindəki yaşıllıq standartları və gələcəyin memarlıq həlləri haqqında fikirlərini bölüşdü.
    38 min
  • ABŞ Vizası Necə Alınır? | Nyu-Yorkda Yeni İl, Depozit Tələbləri və Qiymətlər
    Diş həkimi və səyahət blogeri Nigar Qazızadə ilə Amerikaya səyahət təcrübəsini, ABŞ vizası almağın yollarını və Amerika şəhərlərindəki (San Fransisko, Los-Anceles, Nyu-York, Vaşinqton) real həyatı müzakirə etdik.

    Podcastda  ABŞ otellərindəki depozit sistemi, parkinq qiymətləri, Nyu-Yorkda Times Square-də Yeni İl keçirməyin gözlənilməyən tərəfləri və Çin/Kuba səyahət təcrübəsi haqqında dəyərli məlumatlar yer alıb.
    34 min
  • Xaricdə Yaşamağın Müsbət Və Mənfi Tərəfləri - Almaniyada Pulsuz Təhsil və İş - Portuqaliya Səyahəti
    Bu videoda 3 ildir Almaniyanın Bon şəhərində yaşayan və diş həkimliyi assistenti kimi fəaliyyət göstərən Günay Alıyeva ilə Almaniyada yaşamaq, tibb təhsili almaq, Ausbildung sistemi və gündəlik xərclərdən danışdıq.

    Eyni zamanda Almaniyanın gizli cənnəti sayılan Zült adası, almanların nizam-intizam qaydaları, ictimai nəqliyyat (Deutsche Bahn) problemləri və Portuqaliyanın (Lizbon) gəzməli yerləri haqqında maraqlı təcrübələri bölüşdük. Həmçinin xaricdə təhsil almaq və köçmək istəyənlər üçün motivasiya dolu məsləhətlər bu müsahibədə!
    35 min
  • Şuşada Aşkar Olunan Gizli İrs: Yusif Vəzir Çəmənzəminlinin İtkin Əsərləri Tapıldı!
    Şuşada təqdimatı keçirilən "Millət Fədaisi: Yusif Vəzir Çəmənzəminli İrsinin İzində" kitabı ədəbiyyat tariximizə işıq tutur.
    "Zaman Maşını" verilişinin bu buraxılışında Mənxəz Milli İrs Araşdırmaları İB-nin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli ilə birgə Y.V.Çəmənzəminlinin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu, tərcümələri və "Əli və Nino" romanının müəllifliyi haqqında vacib elmi faktları müzakirə etdik.
    37 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!