PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Özbəkistanı 5-7 günə tam kəşf edə bilərsiniz!
    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı turizmçi, "travel blogger" Sürəyya Axundova ilə Özbəkistan səyahətindən söhbət açdıq. Qonağımız Özbəkistanın gəzməli və görməli yerləri, mədəniyyəti, yeməkləri haqqında faydalı məlumatlar bölüşdü.

    31 min
  • İsveçdə içməli su həryerdə baha deyil !
    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı “Neway Academy” xarici dil mərkəzinin təsisçi və direktoru Elnur Quliyev oldu. Qonağımızla Norveç, Danimarka və İsveç səyahətindən söhbət  açdıq.
    30 min
  • Almaniyada Bu Səhvi Etməyin! | 10 Saat Təyyarədə Qaldı, 30 Saat Qatarda! | Avropada oxumaq
    Avropada pulsuz magistr təhsili almaq, hər semestr başqa ölkədə (Litva, Almaniya, İsveç) yaşamaq və Formula 1 üzrə qlobal kontent kreytor olmaq! SoMu (Social Linguistics and Multilingualism) proqramı tələbəsi Səbinə Məcidli bu videoda Avropada qarşılaşdığı bürokratik çətinliklərdən, alman dəqiqliyi mifindən və Formula 1 təcrübələrindən danışır. Bu suallara cavab tapacaqsınız:
    • SoMu təqaüd proqramına necə müraciət etmək olar?
    • Almaniyada transport gecikmələri və 30 saatlıq qatar kabusu!
    • Televizorunuz olmasa belə Almaniyada ödəyəcəyiniz MƏCBURİ vergi nədir?
    • Qlobal Formula 1 kontent kreytoru necə olunur?
    • Avropada iş imkanları, kirayə mənzil və tələbə yataqxanaları.


    Aparıcılar: Rəhman Rəsulov
    Qonaq: Səbinə Məcidli

    35 min
  • Xaricdə Pulsuz Təhsil Və Təqaüd Proqramları 2026 | Litva Yaşam Şərtləri və Vizasız Təhsil
    Xaricdə təhsil almaq, Avropada yaşamaq və təqaüd proqramları (Macarıstan Hökumətlərarası Təqaüdü, Çin Təqaüdləri və s.) haqqında ən son yeniliklər! Təhsil mütəxəssisi Aytac Hüseynəliyeva 1 il Litvada yaşamaq təcrübəsindən, Polşa, Macarıstan, Çin və Cənubi Koreya universitetlərinə qəbul şərtlərindən danışır. Verilişdə aşağıdakı suallara cavab tapa bilərsiniz:
    • Avropa ölkələrinə (Polşa, Macarıstan) dil sertifikatsız qəbul olmaq mümkündür?
    • Çin və Cənubi Koreyada təhsil almağın üstünlükləri və təqaüd imkanları hansılardır?
    • Litvada yaşayış xərcləri, nəqliyyat sistemi, milli mətbəx ("Şaltibarşçəi") və "Užupis" respublikası.
    • Avropada 1 il yaşadıqdan sonra Azərbaycana qayıtmağın səbəbləri.
    • Turistlər üçün unikallıq: Maqnit əvəzinə xüsusi Postkart biznesi ideyası.

    Aparıcılar: Rəhman Rəsulov

    Qonaq: Aytac Hüseynəliyeva
    31 min
  • Avropada Bu Səhvi Etməyin! | Fransa, Çexiya və İtaliya Səyahət Həqiqətləri
    Avropaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bütün həqiqətlər! İsgəndər İbrahim bu videoda Fransa (Parij, Lion, Marsel), Çexiya (Praqa), Avstriya (Vyana, Halştat), Macarıstan (Budapeşt) və İtaliya səfərlərindən ən maraqlı təcrübələrini, qiymətləri və təhlükəsizlik qaydalarını bölüşür. Bu verilişdə cavab tapacaqsınız:
    • Lion nə üçün Fransanın həqiqi mətbəx paytaxtıdır?
    • Marseldə turistləri gözləyən kriminogen təhlükələr hansılardır?
    • Luvr muzeyinə necə növbəsiz və pulsuz bilet almaq olar?
    • Xaricdə pasport itirdikdə konsulluq vasitəsilə 5 dəqiqəyə sənəd bərpa etmək qaydası.
    • Vyana, Praqa və Budapeşt gecə həyatı müqayisəsi.
     Aparıcı: Rəhman Rəsulov
    Qonaq: İskəndər İbrahim
    31 min
  • Niderlandda Yaşamaq və Qidalanmaq Sirri! | Avropada Ailə, Stres və İş Balansı
    Niderlandda yaşamaq, düzgün qidalanma, stresin orqanizmə təsiri və Avropa həyat tərzi haqqında bilmək istədiyiniz hər şey bu müsahibədə!

    2002-ci ildən Avropada, 2006-cı ildən isə Niderlandda (Hollandiya) yaşayan sosial psixoterapevt İlkanə Yusifova ilə Avropada ailə dəyərləri, sağlam həyat tərzi, iş-həyat balansı (work-life balance) və qidalanma mədəniyyətini ətraflı müzakirə etdik.

    Söhbət zamanı mövsümi qidaların faydaları, qida qatqıları (E-nömrələr), stresin bağırsaq mikroflorasına (gluten və iltihab prosesləri) təsiri kimi sağlamlıq mövzularına toxunduq. Həmçinin Niderlandın qədim su dəyirmanları adətləri, atalıq məzuniyyəti, doğuşdan sonra ailələrə göstərilən dövlət və tibbi dəstək, eləcə də korporativ iş mühiti haqqında maraqlı faktlar açıldı.
    35 min
  • Bölgələrdə Ev Kirayəsi Biznesi - Saxta Tur Şirkətləri - Şengen Vizası Almağın Yolları
    "Welcome Travel Azerbaijan" turizm şirkətinin rəhbəri Emin Quliyev "Planetləri Visa ilə kəşf edək" layihəsində gəlmə və gediş turizminin cari vəziyyəti, Şengen vizası alarkən yaşanan əsas çətinliklər, saxta turagentlərdən qorunma yolları və xaricdə ucuz istirahət imkanları haqqında danışdı.

    Bu buraxılışda Monteneqro, Yunanıstan, Özbəkistan, Qatar (Doha), Hindistan və Nepal istiqamətində səyahət planlamaq istəyənlər üçün vacib məsləhətlər yer alıb.
    33 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!