PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Elm Adasında Dayanıqlılıq: Təbiət, İnsan və İnfrastrukturun Harmoniyası
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    42 min
  • Dəli bal, küçə masajı və canlı ilahə: Səyahətdən maraqlı hekayələr
    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahət bloqeri, fotoqraf Orxan Rəhmanlı oldu.

    Nepalda “dəli bal”ın sirri nədir? 
    Kumari ənənəsində “canlı ilahə” kimi qəbul edilən qızlar kimlərdir?
    Hindistan və Pakistanda küçə masajının oxşar tərəfləri nələrdir?
    Efiopiyada Mursi və Benna icmaları ilə qarşılaşmaq necə hissdir?
    Bəs Zanzibarın Afrika, ərəb və Hindistan mədəniyyətlərinin qarışığı gündəlik həyatda necə görünür?
    38 min
  • Nömrə Almaq Üçün 7 İL NÖVBƏ?! 😱 Pekində Avtomobil Sürməyin Şok Qaydaları!
    Çinə səfər etməzdən əvvəl bilməli olduğunuz hər şey bu müsahibədə! Radio aparıcısı və avtobloqer Raqif Raufoğlu Pekin və Şanxay təəssüratlarını, Çin avtomobilləri haqqında gizli qalan məqamları və ölkədəki real həyat qaydalarını bölüşür. Pekində nömrə almaq niyə 7 il çəkir? Çindən gələn Destroyer modelləri niyə Şanxayda yoxdur? Rouminq, WhatsApp, Visa kart ödənişləri, 350 km/s sürət qatarları və Çin restoranlarındakı maraqlı adətlər haqqında ən aktual məlumatlar!
    39 min
  • 3 Manata Biznes Klass Və VİZASIZ Tayland Turları! - Monteneqro Və Yunanıstan Vizası Almaq
    Turistlər saxta tur paketlərə qarşı necə qorunmalıdır?
    Aldadılmamaq üçün alınan tur paketləri onlayn sistemdə necə yoxlamaq olar?
    2026-cı ildə Tayland, Misir (Şarm əş-Şeyx, Əl-Alemeyn), Monteneqro və Yunanıstana ən ucuz turları necə əldə etmək mümkündür?

    Bu verilişdə Planet FM-in qonağı, "Kompas Tur Operator" şirkətinin agentlər üzrə koordinatoru Emin Topçubaşov ilə B2B turizm şəbəkəsi, tur paketlərin onlayn yoxlanılması funksiyası, Misir Maldivləri sayılan Əl-Alemeyn istiqaməti, Taylanda vizasız gediş-gəliş qaydaları, Monteneqro və Yunanıstan vizasının rahat alınma yolları və erkən rezervasiya (Early Booking) fürsətlərini müzakirə edirik! Həmçinin verilişdə Qahirə piramidalarının pərdəarxası, İordaniya ekskursiyaları, Rixos və Albatros kimi məşhur ol-inklyuziv (All Inclusive) otellər, eləcə də Visa kartları vasitəsilə pulsuz aeroport transferi və laundj xidmətlərindən istifadə qaydaları yer alır.
    31 min
  • Çində Təhsil, Yaşayış Və Qiymətlər - Çində Hansı Şəhərlərə Gitmək Lazımdır?
    Çində təhsil almaq necədir? 
    Çinlilər doğrudanmı pişik və it əti yeyirlər?
    Mollarında 100 manatlıq malı 20 manata necə düşürmək olar?

    Bu verilişdə Planet FM-in qonağı, Azərbaycan Dillər Universitetinin məzunu və Çində ixtisasartırma keçmiş Çin dili mütəxəssisi Mərziyə Vəliyeva ilə Çin təhsili, HSK imtahanları, çinli müdirlərin azərbaycanlı müdirlərdən fərqi, Çin avtomobilləri (Xiaomi, Li Auto, BYD) və Yiwu, Şanxay, Chongqing şəhərlərindəki biznes mühiti haqqında danışırıq! Həmçinin verilişdə Çin dilini 1 ilə öyrənməyin sirləri, "Ni hao" və "Duo shao qian" ifadələri ilə endirim almaq taktikaları, Koreya dramaları (K-Drama) və K-Pop sevgisi haqqında maraqlı məlumatlar yer alır.
    30 min
  • İndoneziya, Balida Həyat - İspaniya Plajlarında Qadağalar - Avropa Və Asiya Turları
    İndoneziyada 1 il yaşamaq necə bir təcrübədir?

    22 yaşında 32 ölkə gəzən Sahilə Babayeva İndoneziya dilini necə öyrənib və Balidə turizm sahəsində necə işə başlayıb? Bu verilişdə Planet FM-in qonağı, səyahəti həyat tərzinə çevirən Sahilə Babayeva ilə İndoneziya mədəniyyəti, İspaniyanın Palma de Malorka adasındakı çimərlik qadağaları, cərimələr, Avropada avtomobil kirayələmək sirləri və Kərbəlaya 80 km-lik piyada səyahət təcrübəsini müzakirə edirik! Həmçinin videoda Almaniyada qatar gecikmələri, İtalyanların pasiv-aqressiv xarakteri, Latviyada soyuq münasibət və xaricdə gözlənilməz tibbi əməliyyat zamanı Paşa Sığortanın rolu haqqında maraqlı faktlar yer alır.
    38 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!