PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Tailanda Hansı Ayda Getmək Lazımdır? - Ucuz Tətil Etmək - Kruiz səyahəti haqqında
    Səyahətə daha az büdcə ayıraraq maksimum zövq almaq istəyirsiniz? Bu verilişdə "Air Travel and Tour" şirkətinin icraçı direktoru və "Tur Meneceri Ol" təlim mərkəzinin həmtəsisçisi Aynur Ələsgərova ilə Tailand istiqaməti, ucuz aviabilet tapmaq yolları, 2026-cı il viza qaydaları və kruiz səyahəti planlaması haqqında ən vacib nüansları müzakirə edirik!
    35 min
  • Aşağı büdcə ilə 4 Şəhər Və Balidə Yaşamaq Həyəcanı! - Avropada Yaşamaq Və Təhsil Xərcləri
    Dünyanı az büdcə ilə necə gəzmək olar? Balidə yoqa təlimləri, İsveçrənin maşınsız sakit kəndləri və Böyük Britaniyanın məşhur Oxford Universitetində təhsil almaq üçün nə etməlisiniz?

    Bu podcastda Planet FM-in qonağı, Travel Bloger Gülnar Bəxşəliyeva ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Şotlandiya, İsveçrə dağları, Malayziyanın Batu Caves məbədi, Balidə yerli əhalinin həyat tərzi və ucuz bilet almaq üçün Miles kartlarından necə istifadə etməli olduğumuzu müzakirə edirik!

    Həmçinin verilişdə İngiltərənin 5 çayı adəti, ingilis səhər yeməyi (English Breakfast), Schottlandiyanın məşhur qalaları, pulsuz ictimai nəqliyyat və səyahət sığortası haqqında vacib məlumatlar yer alır.
    34 min
  • $500-a Bütün İtaliyanı Necə Gəzdik? | Ən Ucuz Səyahət Hiyələri
    Büdcəli səyahət etmək necə mümkündür? $500 ilə İtaliyanın 4 şəhərini necə gəzmək olar? Sinqapur doğrudanmı bahalı ölkədir, yoxsa $1-a şəhəri kəşf etmək olar?

    Bu podcastda Planet FM-in qonağı, Travel Bloger və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü Arifə Eminli  ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Asiya turlarını (Tayland, Çin, Malayziya, Sinqapur), Maldiv adalarında yaşadığı gözlənilməz akula həyəcanını və $3.95-a biznes klassla necə uçduğunu müzakirə edirik!
    39 min
  • Avropa Viza Sirləri, Şərab Tünelləri Və Lüksemburqda Həyat
    Avropada yaşamaq, oxumaq və səyahət etmək necə bir təcrübədir? Dünyanın ən zəngin ölkələrindən biri olan Lüksemburq ilə Avropanın ən kasıb ölkəsi sayılan Moldova arasında hansı fərqlər var?

    Bu podcastda Planet FM-in qonağı, səyahətçi-jurnalist Nərmin Abbasova Lüksemburqda 2 ildən çox yaşamaq təcrübəsini, pulsuz ictimai nəqliyyat sistemini, dövlətin dərman xərclərini qarşılamasını, eləcə də yerli "Britzel" şirniyyatı ilə sevgini etiraf etmək adətini bölüşür!

    Həmçinin verilişdə Moldova (Kişinyov) və Tiraspol səyahəti, 120 km-lik məşhur Krikova şərab tünelləri, Avropa vizası almağın yolları, Praqanın heyrətamiz gecə həyatı və ad günü macəraları haqqında maraqlı fikirlər yer alır.
    27 min
  • Özbəkistanı 5-7 günə tam kəşf edə bilərsiniz!
    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı turizmçi, "travel blogger" Sürəyya Axundova ilə Özbəkistan səyahətindən söhbət açdıq. Qonağımız Özbəkistanın gəzməli və görməli yerləri, mədəniyyəti, yeməkləri haqqında faydalı məlumatlar bölüşdü.

    31 min
  • İsveçdə içməli su həryerdə baha deyil !
    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı “Neway Academy” xarici dil mərkəzinin təsisçi və direktoru Elnur Quliyev oldu. Qonağımızla Norveç, Danimarka və İsveç səyahətindən söhbət  açdıq.
    30 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!