PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Süni İntellekt, Kibertəhlükəsizlik və Rəqəmsal Bankçılıq: Qərarlarımızı kim verir?
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    52 min
  • Texnologiya Dünyasında Qadın Liderliyi: Şəhla Məmmədovanın Uğur Hekayəsi
    Rəqəmsal layihələr və məhsul idarəetməsi sahəsində 15 ildən çox təcrübəyə malik  Şəhla Məmmədova Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki" verilişində qonaq oldu. Şəhla xanım texnologiya sahəsində stereotiplərin  qırılması, gənc qızların bu sahəyə cəlb olunması, biznesdə düzgün kommunikasiya və iş-həyat balansı barədə öz dəyərli təcrübələrini bölüşdü.
    46 min
  • Biomüxtəliflik və 2050-ci ilin Azərbaycanı | İqlim dəyişikliyi biomüxtəlifliyə necə mənfi təsir edir?
    Planet FM-in "İqlim Gündəliyi" verilişində iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri, həm qlobal miqyasda, həm də Azərbaycanda baş verən son ekoloji proseslər müzakirə olunur.

    Biomüxtəliflik üzrə mütəxəssis, eko-fəal  Zülfi Fərəcli verilişdə iqlim dəyişikliyinin təbiətə təsirlərindən, vəhşi təbiət dəhlizlərindən, quşların miqrasiyasından,  Azərbaycandakı ən həssas ekosistemlərdən və biomüxtəlifliyin qaynar nöqtələrindən bəhs edir. Həmçinin 2050-ci ildə Azərbaycanın təbii mühitinin necə görünə biləcəyi və bu mənfi gələcəyin qarşısını almaq üçün bu gün hansı mexanizmlərdən istifadə oluna biləcəyi müzakirə olunur.
    41 min
  • Avropanın Sehrli Guşələri: Qaudinin Barselonasından Amsterdamın Yel Dəyirmanlarına
    “Planeti VISA ilə kəşf edək” rubrikasının qonağı səyahət bloqeri Aynur Cəfərova ilə Avropanın populyar istiqamətlərini kəşf edirik.
    • Barselona: Antoni Qaudinin məşhur memarlıq inciləri sayılan "Sagrada Familia" kilsəsi və "Park Güell"-ə səyahət edir, şəhərin mərkəzindəki "Flamenco" şousundan və "La Boqueria" bazarındakı təzə dəniz məhsullarından danışdıq. Həmçinin, qonağımız muzey biletlərini öncədən onlayn almağın və şəxsi əşyalara qarşı diqqətli olmağın nə dərəcədə vacib olduğunu vurğuladı.
    • Amsterdam və Belçika: Velosipedlərin xaos yaratdığı küçələrdən, Van Qoq muzeyindən və "Zaanse Schans" kəndindəki yel dəyirmanları ilə taxta ayaqqabı istehsalından bəhs etdik. Sonda isə qatarla Belçikaya keçərək məşhur vafli, şokolad və kartof qızartmalarından söhbət  açdıq.
    31 min
  • BÖYÜK BRİTANİYA SƏYAHƏTİ! - Şotlandiyada Cadugərlər Şəhəri Edinburq
    Birləşmiş Krallıq səyahəti haqqında hər şey! Planet FM-in qonağı Könül Nuriyeva ilə İngiltərənin paytaxtı London və Şotlandiyanın mistik şəhəri Edinburq gəzintisindən danışırıq! Londonda Big Ben, Westminster Abbey, Buckingham sarayı və şəhər nəqliyyatı necədir? Edinburqda Harry Potter əsərinin yazıldığı "Elephant House" kafesi, Witches' Well cadugərlər memorialı, Şotlandiya milli yeməyi Haggis və resepsionsuz avtomatlaşdırılmış otel təcrübəsi bu videoda! Həmçinin Britaniya vizası almaq və gömrükdə sorğu-sual qaydaları haqqında vacib məsləhətlər.

    Aparıcılar: Rəhman Rəsulov
    Qonaq: Könül Nuriyeva
    30 min
  • 6 Qadının Afrika Macərası: Keyptaun Sahillərindən Keniya Safarisinə
    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı səyahətsevər Hökümə Abbasova ilə uşaqlıq arzusu olan Cənubi Afrika Respublikası və Keniyaya səyahətindən danışdıq.Söhbət zamanı Keyptaunun Mayamini xatırladan sahillərindən, Ümid burnundan və Afrika pinqvinləri ilə bağlı unudulmaz xatirələrdən bəhs etdik. Eyni zamanda, Afrikada turistlər üçün təhlükəsizlik qaydaları, Keniyanın vəhşi təbiətində safari macərası və səyahət büdcəsini düzgün planlaşdırmağın yollarına da toxunduq.
    36 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!