PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Şükran Soltanov ilə Səyahətlər, İdman və Bloqer Fəaliyyəti
    “Planeti VISA ilə kəşf edək” rubrikasında tanınmış aktyor, idmançı və bloqer Şükran Soltanov qonaq oldu. Səmimi söhbət zamanı Şükran Sultanovun xarici ölkələrə (Dubay, İspaniya) səyahət təəssüratları, idman və düzgün qidalanma vərdişləri, eləcə də müasir sosial mediada keyfiyyətli məzmun yaratmağın pərdəarxası məqamları haqqında geniş müzakirə apardıq.
    26 min
  • Nizami Gəncəvi, İmadəddin Nəsimi və Seyid Yəhya Bakuvi İrsində Ədəbi-Fəlsəfi Paralellər
    Planet FM-in "Zaman Maşını" verilişində "Nizami söhbətləri" rubrikasının növbəti buraxılışını təqdim edirik. Verilişin qonağı filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsinin Nəsimi yaradıcılığına və Seyid Yəhya Bakuvi kimi mütəfəkkirlərin fəlsəfi görüşlərinə təsiri, kamil insan obrazı, ilahi və dünyəvi eşq anlayışları ətrafında maraqlı həmsöhbət oluruq.

    A
    40 min
  • 44 günlük Vətən Müharibəsi: Texnologiya və insan amilinin rolu
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    24 min
  • Sənədsiz ABŞ Vizası Necə Alınır? | Tomris Bədəlova ilə Amerika Səyahəti
    ABŞ vizası necə alınır?
    ABŞ-yə səyahət etmək üçün nə qədər büdcə lazımdır?
    Nyu-York, Los-Anceles və Havay adalarına ucuz səyahət etməyin sirləri hansılardır?

    "Planetin Səhəri" verilişində rəqəmsal marketinq mütəxəssisi və səyahətçi Tomris Bədəlova Amerika səfərinin pərdəarxası məqamlarını bölüşür. Verilişdə ABŞ səfirliyindən viza almaq prosesi, sənədləşmə, Los-Ancelesdə "Universal Studios" gəzintisi, Nyu-Yorkda ucuz nəqliyyat və yaşayış vasitələri, eləcə də Havay adalarının möhtəşəm təbiəti haqqında ən faydalı məsləhətləri tapacaqsınız. 

     Aparıcı: Rəhman Rəsulov

    33 min
  • "Dədə Qorqud" Dastanının 5000 İllik Sirri! | Mifologiya, Təpəgöz və Süni İntellekt
    Azərbaycan mifologiyası və Türk dastan təfəkkürünün kökləri haradan gəlir?
    "Kitabi-Dədə Qorqud" dastanındakı Təpəgöz obrazı ilə qədim Yunan mifologiyasındakı Siklop (Polifem) arasında hansı oxşarlıqlar var?
    Süni intellekt insan ruhunu və mifləri əvəz edə bilərmi?

    "Planet FM" radiosunun "Zaman Maşını" verilişində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu ilə dərin və maraqlı bir fəlsəfi-mifoloji söhbət baş tutdu. Verilişdə əcdadlarımızın səmavi cisimlərə (günəş, ay, ulduzlar) münasibəti, qara pişik və taxtaya döyəcləmə kimi inancların kökü, "Z" və "Alfa" nəsillərinə nağılların necə çatdırılması və süni intellektin mifoloji təfəkkürə təsiri kimi mövzular müzakirə olundu.

    Aparıcı: Nigar Məmmədova
    43 min
  • Korporativ Həyatdan Öz Biznesinə: Uğurlu Sahibkarlığın Sirləri
    Planet FM-də Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki..." verilişinin növbəti buraxılışında "Zuleykha Accessories" brendinin qurucusu Lalə Mirzəyeva qonağımız oldu. Söhbətimizdə korporativ karyeradan sahibkarlığa keçid, rəqabətli bazarda öz yerini tapmaq, risklər və biznesdə davamlılığın önəmi kimi vacib mövzulara toxunduq.
    50 min
  • El-Ninyo dünyada hava şəraitini dəyişir: Azərbaycanda oktyabr necə keçəcək?
    Planet FM-in "İqlim Gündəliyi" verilişində həm qlobal miqyasda, həm də Azərbaycanda müşahidə olunan hava şəraitinin dəyişikliyi və bu dəyişikliyin arxasında duran iqlimlə bağlı səbəblər müzakirə olunur.

    Müntəzəm proqnozları və maraqlı hava yeniləmələri ilə Instagramda çoxsaylı izləyici kütləsi qazanmış məşhur hava məlumatı səhifəsi olan "Weather man"-in yaradıcısı Aqil Şirinov, verilişdə iqlim dəyişikliyinin havaya təsirlərindən, El-Ninyonun Azərbaycana və dünyaya təsirindən, Azərbaycanda havaya təsir göstərən ən əsas amillərdən və oktyabr ayı üçün hava proqnozunu müzakirə edir.
    22 min
  • 1 Gecəsi 500 Manat?! | Türkiyənin ən baha kurortu Kaş - Yunanıstanın Gizli Məkanları
    Mərkəzi Avropa və Aralıq dənizi səyahəti haqqında real təcrübələr!

    “Planeti VISA ilə kəşf edək” rubrikasında marketinq mütəxəssisi və bloqer Aytən Rzalı ilə Türkiyənin Kaş bölgəsi, Yunanıstanın Korfu adası, Fransanın Strasburq şəhəri və İsveçdə təhsil həyatından danışdıq. Qonağımız vizasız gəzinti yerləri, qiymət artımı, butik hotellər və Avropaya səyahət tövsiyələrini verdi.
    27 min
  • Bali Adasında Ucuz Qalmaq Və 40$-a 40-cı Mərtəbədə Hovuzlu Evlər
    Asiya ölkələrinə ucuz və rahat səyahət etməyin bütün sirləri!


    “Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə səyahət həvəskarları üçün xüsusi mövzuya toxunduq.
    Verilişimizin qonağı, ATBA üzvü və təcrübəli səyahətçi Kənan Mənsimov İndoneziya - xüsusilə Bali, eləcə də Malayziya və Sinqapur səfərləri ilə bağlı dəyərli təcrübələrini bölüşdü. 


    “Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!
    38 min
  • Serbiya Səyahət Bələdçisi 2026 | Belqrad Qiymətləri, Şopinq Və Həftəsonu Turları
    Azərbaycan vətəndaşları üçün vizasız Avropa ölkəsi — Serbiya!
    “Planeti VISA ilə kəşf edək” rubrikamızın budəfəki qonağı turizmçi Fəxri Məmmədli oldu. ✈️🌍

    Serbiyaya səyahət etmək istəyənlər üçün maraqlı və faydalı məlumatları, ölkənin gəzməli-görməli yerlərini, səyahət imkanlarını və diqqət edilməli məqamları birlikdə müzakirə etdik.Vizasız səyahət imkanlarından yararlanaraq Avropanı kəşf etmək istəyirsinizsə, Serbiya haqqında daha çoxunu buraxılışımızda öyrənə bilərsiniz!

    ✨“Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!
    37 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!