Süni intellekt insanların işini əlindən alacaq? Müəllimlər, dizaynerlər və korporativ sektor işsiz qalacaq? 🤖💥
"Zaman Maşını" verilişində Bakıda keçiriləcək 2-ci Süni İntellekt Zirvəsi (AI Summit Baku) təşkilatçıları — "Handex"şirkətinin təsisçisi Rəşad Qurbanov, "Azerconnect Group"da Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədli və sammitin süni intellekt elçisi SülAIman ilə gələcəyin texnologiyalarını, rəqəmsallaşmanı və "Uzadılmış indi" konsepsiyasını müzakirə edirik! Təhsildə süni intellekt tətbiqi, Copilot, ChatGPT, kibertəhlükəsizlik, myGov inteqrasiyası və robotların insanlarla dostluğu haqqında bilmədiyiniz ən son faktlar bu müsahibədə!
Aparıcı: Nigar Məmmədova