PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Azərbaycanda Trüfel Göbələyi Və Milyonluq İxrac Potensialı
    Planet FM-in "Zaman Maşını" verilişində "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə xanım Həmidova dünyanın ən bahalı qidalarından olan trüffel göbələyi (truffle mushroom) və onun Azərbaycandakı potensialı haqqında unikal faktlar açıqlayır. Trüfel ilə dombalan göbələyi arasındakı fərqlər, trüffelin fındıq və palıd ağacları ilə simbioz əlaqəsi, xüsusi itlərlə (Lagotto Romagnolo) axtarılması, parnikdə yetişdirilməsinin imkansızlığı, Qarabağda aqroturizm potensialı və xaricə ixrac prosedurları haqqında bütün detalları bu verilişdə dinləyə bilərsiniz. 
    42 min
  • Londondan Bali və Mərakeşə Səyahət: Vizasız Ölkələr və Sörfinq Düşərgəsi
    Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində Londonda yaşayan azərbaycanlı marketinq mütəxəssisi və bloger Yasmin Köçərli ilə vizasız Mərakeş səyahəti, Balidə sağlam həyat tərzi və Londondakı biznes reallıqları haqqında səmimi həmsöhbət olduq!

    Bu podcastda vizasız Mərakeş (Morocco) səyahətinin sirləri, Imsouane şəhərindəki sörfinq düşərgəsi (surf camp) təcrübələri, Səhrada qlempinq gecələri və Kasablanka haqqında gözlənilməz detalları öyrənəcəksiniz. Eyni zamanda, Balinin Ubud və Uluwatu bölgələrində 10 günə 7 kilo arıqlamağın üsulları, "Eat, Pray, Love" məkanları, Londonda restoran-otel marketinqi, yeni vergi qanunları və UK viza dəyişiklikləri haqqında ən son məlumatları öyrənəcəksiniz.
    24 min
  • Cənubi Afrika və İordaniya Səyahəti - Viza, Qiymətlər Və Təhlükəsizlik
    Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində rəssam, "face art" ustası Elmira Qədirova ilə Cənubi Afrika Respublikasına (Keyptaun) və İordaniyaya (Petra) tək səyahət təcrübəsindən bəhs etdik. 

    Cənubi Afrika vizası almağın yolları, okeanda qəfəsdə köpək balıqları ilə üzmək (və imzalanan ölüm sənədi), isti Afrika pinqvinləri, Keyptaunda təhlükəsizlik qaydaları, sax saxta polislər və İordaniyanın qədim Petra şəhərindəki bədəvi həyatı bu potcastda!

    Podcastda cavab tapacağınız əsas suallar:
    • Cənubi Afrika Respublikasına viza necə alınır və neçəyə başa gəlir?
    • Keyptaunda ictimai nəqliyyat (metro, avtobus) niyə təhlükəlidir?
    • Okeanın ortasında qəfəsdə köpək balıqlarını izləmək neçəyədir?
    • İsti Afrika pinqvinləri harada yaşayır və onları necə görmək olar?
    • İordaniyanın Petra şəhərinə gedənlər üçün sıxlıqdan qaçmağın ən vacib vaxtı?
    35 min
  • Valideynlərin Etdiyi Böyük Səhvlər - Uşaqlarda Geç Danışmaq Autizm Əlamətidirmi?
    Planet FM-in "Zaman Maşını" verilişində fəlsəfə doktoru, pediatr və dünyanın ən nüfuzlu tibb ocaqlarından olan Boston Children's Hospital-ın (Harvard) elmi işçisi Ülviyyə xanım Aslanova uşaq inkişafı və pediatriya məsələlərini təhlil edir.

    Autizm spektr pozuntusunun (ASD) artma səbəbləri, ata yaşının autizmə təsiri, Daun sindromu, uşaqlarda erkən inkişaf mərhələləri ("milestones"), peyvəndlər (vaccines) haqqında doğru bilinen yanlışlar və zərərli ekran müddəti (screen time) haqqında ən son elmi faktları bu podcastda dinləyə bilərsiniz.

    Podcastda cavab tapacağınız kritik suallar:
    • Autizm hallarının dünyada və Azərbaycanda artmasının əsl elmi səbəbləri nələrdir?
    • Ata yaşı və genetik faktorlar autizm riskini necə artırır?
    • Uşaqda "gecikmiş nitq" nə vaxt təhlükə siqnalıdır (red flag)?
    • Peyvəndlər (MMR, Covid və s.) autizmə səbəb olurmu?
    • Körpələrə smartfon verilməsi (screen time) beyin inkişafını necə məhv edir?
    40 min
  • 10$ GİRİŞ HAQQI! - Bali-yə Getməzdən Əvvəl Bilməli Olduqlarınız
    Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində rəqəmsal nomad, karyera bələdçisi və Asiya üzrə turlar təşkil edən Piruzə Quliyeva (nomadic_piruza) Bali, Vyetnam və Şri-Lankada yaşamağın və səyahət etməyin unikal sirlərini bölüşür.

    Bali adasında influnserlərə qoyulan yeni viza qadağaları, Vyetnamın Da Nanq şəhərində lüks və ucuz həyat tərzi, 5 manatlıq masajlar, Pho Bo şorbasının sirləri və Şri-Lankanın sərfəli gəzinti mövsümləri haqqında bütün detalları bu podcastda dinləyə bilərsiniz.

    Podcastda cavab tapacağınız əsas suallar:
     Bali-də sosial media influnserlərinə hansı yeni viza şərtləri tətbiq olunub?
     Bali adasını fərdi və ya qrup turları ilə gəzmək üçün neçə gün lazımdır?
     Vyetnamda 1 ay yaşamaq və gəzmək neçəyə başa gəlir?
     Əriştə və çörək mədəniyyəti: Vyetnam mətbəxi niyə bu qədər sağlıqlıdır?
     Şri-Lankaya hansı aylarda getmək lazımdır Və sörfinq məskənləri haradır
    31 min
  • Hindistana Gəlin Gedən Məşhur Ədliyyəçi: Təmizlik, Adətlər Və Şok Həqiqətlər
    Planet FM-in "Planeti Visa ilə kəşf edək" rubrikasında Hindistana gəlin gedən Narmina Umrani Hindistan həyatının naməlum tərəflərindən, Pune şəhərinin mədəniyyətindən, hind ailələrinin adət-ənənələrindən və yerli mətbəxin maraqlı sirlərindən danışır.

    Hindistanda təmizlik və sanitariya vəziyyəti necədir? Qadınlara qarşı hörmət və qadağalar, ayağa taxılan "payal"bilərziklərinin mənası, nağdsız ödəniş sistemləri (QPay), Osho aşramları və yerli təhsil sistemi haqqında ən maraqlı detalları bu müsahibədə dinləyə bilərsiniz.

        Podcastda müzakirə olunan əsas mövzular:
    • Hindistana gəlin köçmək: Test üçün 1 aylıq səyahət təcrübəsi
    • Pune şəhəri: Mədəniyyət, məbədlər və təmizlik həqiqətləri
    • Hindistanda dillər, marathi dili və ingiliscə ünsiyyət
    • Qadınlara göstərilən xüsusi münasibət və küçə adətləri
    • Nağd pulun olmadığı şəhər: QPay sistemi və ambar tipli mağazalar
    • Ədviyyatlı hind mətbəxi və köz qarğıdalısının unikal resepti
    • Hind ailələrində həftəsonu və telefonsuz ünsiyyət mədəniyyəti
    • Hindistanda təhsil səviyyəsi, bağçalar və Osho aşramları
    37 min
  • İqlim Dəyişikliyi Sağlamlığımıza Necə Təsir Edir? | İctimai Səhiyyə Və Həkim Tövsiyələri
    Planet FM-in "İqlim gündəliyi" verilişində iqlim dəyişikliyi və ictimai səhiyyə arasındakı birbaşa əlaqələr, ekstremal isti dalğaları, havanın çirklənməsi, yoluxucu və vektor xəstəliklərinin yayılması müzakirə olunur.

    Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin dosenti Nərminə Göyüşova və uzmantərapevt Gülər Novruzlu qlobal və lokal iqlim risklərindən, həssas qrupların (hamilələr, uşaqlar, yaşlılar, xroniki xəstələr) qorunma yollarından, ekonarahatlıq və psixoloji sağlamlıqdan, həmçinin Qarabağ Universitetindəki "Yaşıl xəstəxana" layihəsindən danışırlar.

    Podcastda cavab tapacağınız əsas suallar:
    • İqlim dəyişikliyi ilk növbədə niyə ictimai səhiyyə məsələsidir?
    • İsti havalarda və çirkli havada (PM2.5) sağlamlığımızı necə qorumalıyıq?
    • Malyariya, Qərbi Nil qızdırması və digər yoluxucu xəstəliklər artır?
    41 min
  • 800 İLLİK ƏXLAQ DƏRSİ! - Nizami Gəncəvinin Kamil İnsan Düsturu | Əxlaq Və Gənclərə Mesajlar
    Planet FM-də "Zaman Maşını" verilişinin "Nizami söhbətləri" rubrikasının növbəti buraxılışında dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 885 illik irsi, onun əsərlərindəki əxlaq fəlsəfəsi, kamil insan anlayışı və gənclərə verdiyi tarixi mesajlar müzakirə olunur.

    Azərbaycan Dövlət Pedagoji Universitetinin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Nizaminin "Xəmsə"sindəki pedaqoji görüşləri, Şərq İntibahının mənəvi sütunlarını, nəfs tərbiyəsini və qadın obrazlarının (Nüşabə, Şirin, Fitnə) cəmiyyətin formalaşmasındakı rolunu dərindən təhlil edir.

    Podcastda cavab tapacağınız əsas suallar:
    • Nizami Gəncəviyə görə "Kamil İnsan" kimdir?
    • "Xəmsə"də nəfs tərbiyəsi və daxili cihad ideyası necə tərənnüm olunur?
    • Nizami əsərlərindəki qadın obrazları nədən idealdır?
    • 800 il əvvəl yazılan əxlaq mesajları bu gün üçün niyə aktualdır?
    31 min
  • ChatGPT 5.6-da YENİLİK - Cenevrə Səyahəti Və Qlobal Sİ Sammiti
    Azərbaycan Gənclər və İdman Nazirinin müşaviri Ramil Cabbarov İsveçrənin Cenevrə şəhərində keçirilən BMT dəstəkli Birləşmiş Millətlər Təşkilatının Qlobal Süni İntellekt Sammiti (AI for Good Global Summit) təəssüratlarını bölüşür. OpenAI tərəfindən təqdim edilən ChatGPT 5.6 Sol versiyası, Meta eynəkləri, humanoid robotlar, İsveçrədəki lüks yaşam qiymətləri və süni intellektin gələcəyi bu müsahibədə!

    Podcastda müzakirə olunan əsas mövzular:
    • İsveçrə Cenevrə Qlobal Süni İntellekt Sammiti detalları
    • ChatGPT 5.6 Sol versiyası və hallüsinasiya ehtimalının azalması
    • Meta Ray-Ban ağıllı eynəkləri və canlı naviqasiya sistemi
    • Çinin humanoid robotları və Boston Dynamics texnologiyaları
    • İsveçrədə yaşam qiymətləri: 16 manatlıq su və 47 manatlıq dönər həqiqəti
    • Süni intellekt köpükdür (bubble), yoxsa gələcəyin labüd hissəsi?
    37 min
  • Amerikaya Getməzdən Əvvəl Bilməli Olduğunuz 5 Qızıl Qayda
    Fotoqraf Elmar Mustafazadə ilə Amerika Birləşmiş Ştatları səyahəti, Nyu-Yorkun gizli küçələri, Manhetten həyatı, Mayami kurortları və İstanbulun bilinməyən tarixi haqqında səmimi və maraqlı həmsöhbət.

    Nyu-Yorkda küçə fotoqrafiyası necədir? Uoll-Sstrit (Wall Street), World Trade Center (Xatirə Abidəsi), SoHo və Bruklin küçələrində hansı gözlənilməz hadisələr baş verir? ABŞ-da yaşamaq və səyahət etmək haqqında bütün detalları bu podcastda dinləyə bilərsiniz.
    34 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!