PLANET FM
Download on the App Store

All PLANET FM episodes

  • Mərakeşli Tələbənin Bakı Şoku! - Mərakeş haqqında hər şey - Çay mədəniyyəti, yeməklər
    "Planet FM-in 'Şəhər Adamı' verilişinin budəfəki qonağı Xəzər Universitetinin neft-qaz mühəndisliyi tələbəsi, 21 yaşlı mərakeşli Niyama Hamdayidir. 4 ildir Bakıda yaşayan Niyama, Azərbaycan dilini heç bir müəllim olmadan, sırf tələbə yoldaşları ilə ünsiyyət quraraq necə öyrəndiyini bizimlə bölüşür.

    Podcastda  Mərakeşin təhsil sistemi, çay mədəniyyəti, mətbəxi və azərbaycanlılarla qurulan dostluq münasibətlərində yaşanan xəyanətlərdən bəhs olunur. İki ölkə arasındakı bənzərliklər və fərqliliklər barədə maraqlı dialoqu qaçırmayın!
    33 min
  • Bütün suallara cavab! - Fransa və İsveçrəyə ucuz səyahət etmək - Pulsuz nəqliyyatdan istifadə etmək
    Tam Vaxtı" verilişinin "Şəhər Adamı" rubrikasının bu buraxılışında yoqa müəllimi və psixoloq Nərgiz Əliyeva qonağımız oldu! Nərgiz xanımla Avropanın ən lüks bölgələrinə (Kann, Nitsa, Monako və İsveçrə) etdiyi ekspromt səyahətindən, ordakı həyat səviyyəsindən və qiymətlərdən danışdıq.

     İsveçrədə turistlər üçün nəqliyyatın hansı şərtlərlə tam PULSUZ olduğunu bilirsinizmi? Bəs Kann Kinofestivalında iştirak etmək üçün hansı bürokratik mərhələlərdən keçmək lazımdır? Nərgiz xanımın İsveçrənin Montre şəhərində heç bir səbəb olmadan aqressiv bir fransız qadını tərəfindən hücuma məruz qalması və bu vəziyyətdən psixoloji çıxış yolu videoda! Eyni zamanda cəmiyyətdə və sosial şəbəkələrdə artan aqressiyanın səbəbləri, yoqanın insan əsəb sisteminə inanılmaz təsirlərindən danışdıq.
    35 min
  • Bir Səfərə 4 Ölkə Gəzmək! - Ən Ucuz Bilet Tapmağın Yolları - Aviasales-in direktorundan açıqlama!
    Xəyalınızdakı səyahətə ən ucuz qiymətə getmək istəyirsiniz? "Həftənin müəyyən günləri bilet ucuz olur" mifi doğrudurmu? Bilet axtarış sistemləri qiymətləri bilərəkdən qaldırır?

    "Tam Vaxtı" verilişinin "Şəhər Adamı" rubrikasının bu buraxılışında "Aviasales" platformasının regional direktoru Günel Əfəndiyeva qonağımız oldu! Günel xanım aviabilet sahəsindəki ən böyük miflərdən, "Aviasales"in gizli və faydalı funksiyalarından, o cümlədən müştəri xidmətlərinin (Call Center) pərdəarxası maraqlı və gülməli hadisələrindən danışdı.

    Həmçinin Günel xanımın şəxsi Özbəkistan, Şri-Lanka, Maldiv və Hindistan (Deli, Mumbay) səyahət təcrübələrini, Hindistandakı "saxta otel" fırıldaqlarını və küçə yeməkləri (Street Food) macəralarını bu podcastda dinləyə bilərsiniz!
    35 min
  • Bakı niyə su altında qalır? - Qanunsuz tikintiləri kimlər himayə edir? Qarabağda yenidənqurma işləri
    Planet FM-in səhər verilişi "Tam Vaxtı"nın "Şəhər Adamı" rubrikasının bugünkü qonağı Bakı Memarlıq Layihələri Bürosunun rəhbəri və FHN yanında İctimai Şuranın katibi Məhəmməd Məmmədovdur.

    Bu söhbətdə Bakı şəhərinin ən ağrılı və hər kəsi narahat edən tikinti, memarlıq və infrastruktur problemlərini masaya yatırırıq:
    📌 Bakı şəhəri hər yağış yağanda niyə su altında qalır? Normativlər niyə icra olunmur?
    📌 İcra hakimiyyəti orqanları qanuni sənədi olan vətəndaşlara niyə əsassız imtinalar verir? Süni əngəllərin arxasındakı gizli səbəb nədir?
    📌 Abşeron yarımadasında ölüm təhlükəsi olan elektrik xətlərinin altında evlər necə tikilib? Nəzarət mexanizmi niyə yox səviyyəsində olub?
    📌 WUF13 Beynəlxalq Şəhərsalma Forumu və Qarabağdakı yenidənqurma işləri Bakının gələcəyinə necə təsir edəcək?
    34 min
  • İtaliyada Təhsil və Yaşayış: Təqaüdlər, Yataqxanalar və İtalyan Mətbəxi - OĞRULARDAN QORUNMAQ
    Planet FM-in səhər verilişi "Tam Vaxtı"nın "Yol Əhvalatı" rubrikasının növbəti qonağı İtaliyada yaşayan həmyerlimiz Siyarə İsmiyeva oldu!
     Bu maraqlı sual-cavab podcastında İtaliyada təhsil almaqdan tutmuş, tələbə təqaüdlərinə, Verona şəhərindəki həyat şəraitindən tutmuş İtaliyadakı oğurluq hadisələrinə qədər hər şeyi danışdıq. İtaliyaya köçmək, orada oxumaq və ya italyan dilini öyrənmək istəyirsinizsə, bu buraxılışı mütləq sona qədər izləyin!
    37 min