"Planeti kəşf edək" rubrikasında qonağımız bloqer Vəfa Salmanova Çinə vizasız keçid edən ilk azərbaycan vətəndaşı kimi təəssüratlarını bizimlə bölüşdü. O, sərhəddə iyulun 16-sı vizasız rejimin qüvvəyə minməsini gözlədikləri anlardan, Çinlə ilk tanışlıq təəssüratlarından və bu ölkənin maraqlı tərəflərindən danışdı. Əgər siz də Çinə səyahət etməyi planlaşdırırsınızsa, verilişimizi dinləyərək faydalana bilərsiniz.