PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Dədə Qorquddan memlərə – İnternet Folkloru
    "Zaman Maşını" verilişinin bu buraxılışında qonağımız AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev oldu.
    Verilişdə aşağıdakı mövzularda maraqlı müzakirələr apardıq:
    • Folklor nədir və necə formalaşır?  
    • Dünyanın müxtəlif ölkələrində folklor ənənələri  
    • Azərbaycan milli folklorunun əsas simvolları: Dədə Qorqud, Molla Nəsrəddin və başqaları  
    • Folklorun yaddaşdakı rolu və nəsildən-nəslə ötürülməsi  
    • Rəqəmsal dövrdə internet folkloru – niyə Albert Enşteyn?
    48 min
  • Əti marketdən yoxsa, qəssabdan alaq?
    "Zaman Maşını" verilişində  qonağımız qida üzrə ekspert Seymur Qafarov oldu. Onunla:
    • Ətin düzgün saxlanma və seçilmə qaydaları  
    • Şadlıq saraylarında yeməklərin hazırlanma prosesi  
    • Dönər və digər küçə yeməklərində gigiyena tələbləri  
    • Əlcəklə və ya əlcəksiz yemək hazırlanmasının fərqləri  
    kimi qida təhlükəsizliyi ilə bağlı vacib mövzuları müzakirə etdik. 
    29 min
  • Yeni heyvan növləri necə araşdırılıb, tapılır?
    "Zaman Maşını" verilişinin qonağı Zooloji Muzeyin müdiri Səbinə Bünyətova oldu. 

    Verilişdə müzakirə olunan mövzular:

    - Zooloji Muzeyin ümumi fəaliyyəti
    - Muzeydəki eksponatların saxlanma və qorunma şəraiti
    - Yeni heyvan növlərinin araşdırılması və elmi tapıntılar 
    - Səbinə Bünyətovanın müəllifi olduğu ensiklopedik araşdırma kitabı olan "Qırmızı Kitab"-dan bəhs etdik.
    42 min
  • Xəzər dənizi heç vaxt qurumayacaq.
    "Zaman Maşını" verilişinin qonağı coğrafiya üzrə fəlsəfə doktoru, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Həsən Nəbiyev oldu.  

    Verilişdə müzakirə olunan mövzular:

    - Son 30 ildə Azərbaycanda iqlim dəyişiklikləri və müşahidə olunan tendensiyalar
    - Xəzər dənizinin səviyyəsinin enməsi və iqlimlə əlaqəsi 
    - İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri – məhsuldarlıq, əkin dövriyyəsi, zərərvericilər
    - Dolu və şaxtadan əkin sahələrinin qorunması üsulları 
    - Müasir iqlim şəraitinə uyğun kənd təsərrüfatı texnologiyaları
    - Klimatoloji proqnozların hazırlanma metodları 
    - İqlim risklərinə qarşı qabaqlayıcı tədbirlər – fərdi və dövlət yanaşmaları
    36 min
  • Qarabağda təhsil ənənələrinin bərpa olunması prioritetdir
    “Zaman Maşını” verilişinin bu dəfəki qonağı millət vəkili Ceyhun Məmmədov oldu.Veriliş ərzində təhsil sahəsindəki aktual məsələlərə toxunduq, xüsusilə də:

    - Ali məktəblərin bölgələrə köçürülməsi və bunun regional inkişafda rolu
    - Qarabağda təhsil ənənələrinin bərpası , bu ərazilərdə təhsil infrastrukturunun formalaşdırılması
    - Təhsil sistemində baş verən son yeniliklərin müzakirəsi
    - Gənclərin və müəllimlərin rolunun gücləndirilməsi
    - Ali təhsil sistemində keyfiyyət, şəffaflıq və davamlılıq məsələləri
    47 min
  • Yaradan xalqın hekayəsi- "Yaradan" filmi
    "Zaman Maşını" verilişinin qonağı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev ilə "Yaradan" filmindən söhbət açdıq. 

    Verilişdə müzakirə olunan mövzular:

    - “Yaradan” filminin yaranma ideyası və ssenari prosesləri 
    - Film vasitəsilə Qarabağın bərpası, məcburi köçkünlərin geri dönüşü və milli dirçəliş konsepti
    - Bu cür sənədli filmlərin ictimai məlumatlandırma, mədəni yaddaşın bərpası və tarixi dəyərlərin yenidən canlanmasındakı rolu 
    - Filmin çəkilişlərində rastlaşdıqları çətinliklər, emosional və praktiki təcrübə
    36 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!