PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Oksfordda təhsil almaq sehri hiss etmək deməkdir
    "Zaman Maşını" verilişinin qonağı nüfuzlu Oksford Universitetinin məzunu, hüquqşünas Şəbnəm Tağıyeva oldu.

    Verilişdə qonağımızla dünyanın ən prestijli universitetlərindən biri olan Oksfordda təhsil almağın əsas strategiyalarından, qəbul prosesinin mərhələlərindən, tələblərdən və tələbələr üçün vacib məqamlardan danışdıq. Şəbnəm xanım həmçinin şəxsi təcrübəsinə əsaslanaraq, hüquq sahəsində xaricdə təhsil almaq istəyən gənclərə faydalı tövsiyələr verdi. Oksfordun akademik mühiti, tələbələrə təqdim olunan imkanlar və karyera perspektivləri ilə bağlı maraqlı fikirlər də bölüşüldü.
    41 min
  • Gender bərabərliyi: Ailədə, təhsildə, işdə və mediada
    “Zaman Maşını” verilişinin növbəti qonağı gender məsələləri üzrə ekspert Məryəm Məcidova oldu.

    Verilişdə cəmiyyət üçün son dərəcə aktual olan mövzular ətrafında söhbət apardıq. Gender bərabərliyinin əhəmiyyəti, ailə daxilində qız və oğlan uşaqlarına yanaşmadakı fərqlər, valideynlərin bu məsələdə əsas rolu, həmçinin təhsil və iş mühitində qadın və kişilər arasında mövcud olan balanssızlıqlar müzakirə olundu. Media və sosial şəbəkələrin gender stereotiplərinin möhkəmlənməsində və ya aradan qaldırılmasında necə rol oynadığını da müzakirə etdik.
    36 min
  • Nağıllar bizə qədim insanlar haqqında hansı sirləri açır?
    “Zaman Maşını” verilişinin növbəti qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev oldu.
    Verilişdə xalq ədəbiyyatına fərqli, dərin psixoanalitik yanaşmadan bəhs etdik.  
    Söhbət zamanı folklorun yalnız mətn toplusu yox, həm də qədim insanların şüuraltı dünyasının güzgüsü olmasından söhbət açıldı. Nağılların insan psixologiyasına təsiri, onlarda tez-tez rast gəlinən “yol” və “yuxu” motivlərinin simvolik mənaları, fərdi və kollektiv şüurun bu elementlər üzərindən necə ifadə olunduğu müzakirə edildi.
    42 min
  • Çin laboratoriyalarında erkən həyatın simulyasiyaları var
    "Zaman Maşını" verilişinin qonağı Elm və Təhsil Nazirliyinin Botanika instutunun elmi işçisi Elnarə İsgəndərli oldu. 


    Söhbət zamanı iştirak etdiyi Çinin Ningbo şəhərində beynəlxalq təlim proqramından, süni intellektin biologiya elminə təsirindən, bu sahədə Çin elmi mərkəzlərində aparılan son tədqiqatlardan və texnoloji yeniliklərdən danışdıq. Elnarə xanım təcrübələrini bölüşərək, Çindəki elmi yanaşma, tədqiqat mədəniyyəti və əmək intizamı haqqında maraqlı nüanslara toxundu.
    Həmçinin, çinli alimlərin sistemli iş prinsipi, texnologiyanın elmi araşdırmalara inteqrasiyası və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti də söhbət mövzularımız arasında yer aldı.
    45 min
  • Meşələr yox olduqca heyvanların hücumu çoxalacaq
    "Zaman Maşını" verilişinin növbəti buraxılışında qonağımız Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov oldu.

    Verilişdə əsas müzakirə mövzumuz Azərbaycanın ekoloji mühitinin vacib amillərindən olan Tuqay meşələrinin əhəmiyyəti və biomüxtəlifliyin qorunmasında bu meşələrin rolu oldu.
    Qonağımız Tuqay meşələrinin ekoloji balansda oynadığı vacib funksiyalardan, bu meşələrin həm insan həyatı, həm də vəhşi təbiət üçün necə vacib bir əhəmiyyət daşıdığından bəhs etdi. Meşələrin sistemli şəkildə məhv olunmasının təkcə təbiətə deyil, həm də insanlara təsir etdiyini, xüsusilə də meşələrin azalması ilə heyvanların yaşayış mühitinin daralaraq yaşayış məntəqələrinə hücum hallarının artması kimi risklər yaratdığını vurğuladı.
    32 min
  • Balıq alarkən aldanmamaq üçün bilməli olduqlarımız
    "Zaman Maşını" verilişinin qonağı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov oldu.


    Müzakirə etdiyimiz mövzular:
    - Xəzər dənizində balıq növlərinin hazırkı vəziyyəti və populyasiyadakı dəyişikliklər 
    – İqlim dəyişikliklərinin balıqçılığa və su bioresurslarına təsiri
    – Akvakultura (yetişdirilmə balıqları) sahəsində görülən işlər və bu növ balıqların istehlaka təqdim olunması 
    – Təbiətdən daha az asılı və daha davamlı balıqçılıq modellərinin inkişafı
    – Qoruma tədbirləri, qanunvericilik və balıq ehtiyatlarının bərpası üçün aparılan tədqiqatlar
    44 min
  • Hər il "İphone"-a görə boşanmaların sayı artır
    Zaman Maşını verilişinin qonağı vəkil İsrafil Əlili ilə gündəlik həyatda hər kəsin bilməli olduğu hüquqi məsələlərdən danışdıq.

    Verilişdə danışılan əsas mövzular:


    – Hüquqi savadlılığın önəmi və cəmiyyətdə yaratdığı fərq  
    – Sosial şəbəkələrdə yayılan hüquqi dezinformasiyalar və onların yarada biləcəyi risklər  
    – Boşanma zamanı az bilinən hüquqi detallarla bağlı tövsiyələr  
    – Vətəndaşların hüquqi maarifləndirilməsi üçün atıla biləcək addımlar
    – Nikah müqaviləsi vacibdirmi?
    42 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!