PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • "Bosniyanın gözəlliyi onun təbiət və tarixin vəhdətindədir” Baku Elektro Səhər Şousu
    “City Hall-u xüsusi edən onun memarlıq üslubudur”
    “Mütləq ‘cevapi’ yeməyinin dadına baxmağınızı tövsiyə edirəm”
    “Yellow Tower-in məşhurluğu oradan gün batımını izləmək imkanındadır”
    “Bosniyada tramvaydan istifadə daha məsləhətlidir"
    “Orada taksi tətbiqləri olmadığı üçün yalnız yoldan əllə çağırıb, taksi tutmaq mümkündür”
    “Bosniyada marketlər demək olar ki, çox azdır”


    Qonağımız səyahətçi Fariz Hacıyev oldu
    30 min
  • Utilizasiyaya yararlı avtomobil necə müəyyənləşdirilir? Zaman Maşını #65
    "İndiyə qədər 11 minə yaxın nəqliyyat vasitəsi utilizasiya üçün təqdim olunub”
    Utilizasiya prosesini izləmək mümkündürmü?
    Avtomobilin utilizasiyası hansı mərhələlərdən keçir?
    “Nəqliyyat vasitələri ödənişsiz şəkildə utilizasiyaya qəbul olunur”
    Utilizasiyadan əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılır"
    Təhlükəli tullantılar necə çeşidlənir?
    Utilizasiyadan sonra təkrar istifadə üçün hansı xammal qalır və onlar necə istifadə olunur?


    Qonağımız “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Mirzə Laçınov oldu.










    38 min
  • "Ayvalıqdan Marmarisə velosipedlə 10 günə 500 km yol getmişəm" Baku Elektro Səhər Şousu
    "Türkiyənin kiçik şəhərləri yaşamaq üçün daha əlverişlidir"
    "İstanbulda oxumaq bir tələbə üçün maddi cəhətdən sərfəli deyil"
    "Berqama və Dikili İzmirin ən gözəl, lakin az tanınan bölgələrindəndir"
    "Macəra sevənlər üçün Fəthiyəni tövsiyə edirəm"
    "Gecə həyatı üçün Antalya, alış-veriş üçün İstanbul, sualtı dünyanı görmək üçün isə Bodrum daha uyğundur"
    "Yemək qiymətləri çox bahadır"
    "İstanbulun qaynar həyatı insanı daim dinamik saxlayır"

    Qonağımız stomatoloq, səyahətçi Fuad Nağızadə oldu


































    31 min
  • "Şagirdlər üçün süni intellekt köməkçisi yaradılacaq" Zaman Maşını #64
    “Rəqəmsal məktəb platformasında şagirdlərə lazım olan resurslar mövcuddur”
    “Rəqəmsal məktəb portalı hazırda Bakıda 300-dən çox məktəbdə fəaliyyət göstərir”
    “Valideynlər artıq direktor qəbuluna onlayn formada gün və saat seçərək qatıla biləcəklər”
    “Bakı məktəblərində kağız jurnallar artıq ləğv olunub”
    “Bu platformanın məqsədi dərsdə keçirilən mövzuları möhkəmləndirməkdir"

    Qonağımız Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan Bədəlova oldu.
    39 min
  • "Həyatımda ən çox əyləndiyim yer Phuket oldu" Baku Elektro Səhər Şousu
    "Əgər Tailanda gedirsinizsə, ilk dayanacaq yerlərinizdən biri mütləq Phuket olmalıdır"
    "Phuketdə qalmaq üçün ən çox tövsiyə edilən ərazilərdən biri Patonqdur"
    "Taksidən istifadə edəcəksinizsə, ən etibarlı üsul mobil tətbiq vasitəsilə sifariş verməkdir"
    "Tailandın məşhur adalarına mütləq getmək lazımdır"
    "James Bond" adası burdadır və “Çimərlik” filmi də burada çəkilib" 
    "Tailandda olarkən mütləq üzərinizdə nağd pul saxlamalısınız"

    Qonağımız səyahətçi Mariya Fətəliyeva oldu
    30 min
  • "İndoneziyada üç gün cəngəlliyin içində "Sakuddei" qəbiləsində qaldıq" Baku Elektro Səhər Şousu
    "İndiyə qədər iştirak etdiyim ən möhtəşəm tur Namibiyaya olub"
    "Ən maraqlı və fərqli qəbilələr Efiopiya ərazisindədir"
    "Afrika, əksinə, bildiyimiz kimi qorxulu yer deyil"
    "Mənim üçün ən maraqlı heyvan zürafə oldu"
    "Heyvanları çəkməyi çox sevirəm, çünki onlar təbii olurlar, insanlar kimi poz vermirlər"
    "Mənim hobbim səyahətə gedib, ürəyimcə şəkillər çəkməkdir"


    Qonağımız fotoqraf, səyahətçi Əli Əkbər oldu
    34 min
  • "Bakı dünyanın neft akademiyasıdır" Zaman Maşını #63
    "Neft sənayesinin ekologiyaya töhfəsi çox böyükdür"
    "Əsrin müqaviləsi bir çox işlərə yol açdı"
    "ADNSU neft sənayesininin inkişafı ilə bağlı yaranan təhsil ocağıdır"
    "Universitetləri elmi-tədqiqat mərkəzlərinə çevirmək lazımdır"
    "Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft istehsalına başlayan ölkədir"


    Qonaqlarımız ADNSU-nun professoru Qafar İsmayılov və ADNSU-nun tələbəsi Ruslan Müslümov oldular.
    35 min
  • "Tərbiyə ya mövcud olur, ya da olmur. Tərbiyənin sonradan pozulması mümkün deyil" Zaman Maşını #62
    "Sərbəstliyə öyrəşmə prosesi 3 yaşından başlamalıdır"
    "Uşaqlarda özgüvən öz-özünə formalaşmalıdır"
    "Kömək və yardım istəmək "analıq" statusunun itməsi demək deyil"
    "3 yaşından etibarən uşaqların “qırmızı xətləri” və “olmazları” olmalıdır"
    "İnsanın öz-özünə yadlaşması ən təhlükəli haldır"
    "Uşaqların şüuru 6 yaşdan formalaşmağa başlayır"


    Qonağımız psixoloq Ülviyyə Murtuzova oldu.
    41 min
  • "İndiyə qədər 3000-dən çox tandem uçuşu reallaşdırmışam" Baku Elektro Səhər Şousu
    "Dağın olmadığı yerlərdə də yamac paraşütü ilə məşğul olmaq mümkündür"
    "Mənə ən çox zövq verən dəniz üzərindən olan uçuşlardır"
    "İstənilən insan bu idman növünə başlaya bilər"
    "Standart olaraq 105 kq-a qədər çəkisi olan sərnişinlə tandem uçuşunu həyata keçirə bilirik" "Yüksəklik qorxusunu aradan qaldırmaq üçün bizə müraciət edənlər kifayət qədərdir"
    "Məncə, xanımlar yamac paraşütündə daha cəsarətlidirlər"
    “5 yaşdan yuxarı hər kəs tandem uçuşlarında iştirak edə bilər”


    Qonağımız paraqlayder Fərhad Davidov oldu
    36 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!